İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının baş katibi KOBİA-da olub

Hit: 602
İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının baş katibi KOBİA-da olub
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda səfərdə olan İslam Ticarət, Sənaye və Kənd Təsərrüfatı Palatasının (ICCIA) baş katibi Yusif Həsən Xələvi ilə görüşüb. 
 
Görüşdə Agentliyin İslam Əməkdaşlıq Təşkilatının (İƏT) struktur bölmələri ilə əməkdaşlıq etdiyi, qurumun Gənclər Forumu (ICYF) ilə əməkdaşlıq çərçivəsində bu ilin oktyabrında Bakıda İnvestisiya Sammitinin keçiriləcəyi qeyd edilib. Vurğulanıb ki, İƏT-in müvafiq qurumları ilə tərəfdaşlığın davamı olaraq, KOBİA ICCIA ilə də əlaqələrin qurulmasında maraqlıdır. 
 
Görüşdə KOBİA-nın fəaliyyəti barədə məlumat verilib, ICCIA ilə əməkdaşlıq imkanlarına, o cümlədən İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iş adamları və yerli sahibkarlar arasında əlaqələrin inkişafına, bu məqsədlə birgə tədbirlərin təşkilinə, ortaq layihələrin icrasına və təcrübə mübadiləsinə dair müzakirələr aparılıb. 








Redaktorun seçimi