Gənclər beynəlxalq təmsilçilik sahəsində təcrübə qazanıblar

Hit: 448
Gənclər beynəlxalq təmsilçilik sahəsində təcrübə qazanıblar
Gənclər təşkilatlarının beynəlxalq inteqrasiyası və təmsilçilik imkanlarının təkmilləşdirilməsi layihəsi yekunlaşdı.
 
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə 3-6 sentyabr 2021-ci il tarixlərində Şamaxı şəhərində 30 gənclər təşkilatından 70 nümayəndənin iştirakı ilə “Gənclər təşkilatlarının beynəlxalq inteqrasiyası və təmsilçilik imkanları 3.0” layihəsi baş tutdu.
 
Layihənin əsas məqsədi gənclər təşkilatlarının nümayəndələrinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq imkanlarını artırmaq, beynəlxalq inteqrasiya və təmsilçiliklə bağlı bilik və təcrübələrini təkmilləşdirmək, gənclərin beynəlxalq tədbirlərdə səmərəli təmsilçiliyi üçün gənclər təşkilatları ilə birlikdə xüsusi təlimat kitabçasını (toolkit) formalaşdırmaq idi.
 
Layihənin açılış günü tədbir iştirakçıları tərəfindən Şəhidlər Xiyabanı ziyarət olunub, dövlətimizin suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının unudulmaz xatirəsi hörmət və ehtiramla anılıb, Ümummilli lider Heydər Əliyevin Şamaxı şəhərinin mərkəzində ucaldılan abidəsi ziyarət edilib və önünə gül dəstələri qoyulub.
 
Açılış tədbirində çıxış edənlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət gənclər siyasəti, ölkəmizdə gənclər üçün yaradılan imkanlar barədə danışıb və gəncləri bu imkanlardan yararlanmağa dəvət ediblər.
 
Daha sonra tədbir “Beynəlxalq təmsilçilikdə etik kodeks” layihəsi ətrafında müzakirələrlə davam edib. Qeyd edək ki, gənclər təşkilatları tərəfindən “Beynəlxalq təmsilçilikdə etik kodeks”in ilkin layihəsi hazırlanıb, sənədin yekun nümunəsinin hazırlanması Gənclər Təşkilatları Milli Şurası yanında yaradılan, əsasən beynəlxalq platformalı təşkilatlardan ibarət İşçi Qrupuna həvalə olunub.
 
Sentyabrın 4-də təlimçi Toğrul Ələkbərin “Xarici ölkələrdə gənclərin uğurlu təmsilçiliyi və əmək bazarında karyera yüksəlişi” mövzusunda təlimi baş tutub. Daha sonra diplomat, fövqəladə və səlahiyyətli səfir Həsən Həsənovla “Beynəlxalq təşkilatlarda fəaliyyətin gənclər üçün əhəmiyyəti və gələcək perspektivlər” mövzusunda görüş keçirilib. Tədbirin ikinci gününə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Şahin İsmayılov və Azərbaycan Respublikasının Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərovun iştirakı ilə panel iclası ilə yekun qoyulub.
 
Tədbirin sonuncu günü gənclər təşkilatlarının nümayəndələri deputat Ramin Məmmədovun təqdimatında “Beynəlxalq təmsilçilik zamanı düzgün kommunikasiya və inandırma üsulları” mövzusunda infosessiyada, layihələrin yazılması üzrə ekspert Ramiz Əliyevin “Beynəlxalq donorlara layihə təkliflərinin hazırlanması” vörkşopunda iştirak etdilər.
 








Redaktorun seçimi