Sahibkarlar üçün yeni e-ticarət platforma

Hit: 618
Sahibkarlar üçün yeni e-ticarət platforma
Azərbaycanda kiçik və orta biznes (KOB) subyektləri üçün yeni elektron ticarət (e-ticarət) platformasının beta-versiyası yaradılıb.
 
Faktor.az xəbər verir ki,  bunu "Goldenpay" şirkətinin İdarə Heyətinin sədri Naina Mehdiyeva deyib.
 
Onun sözlərinə görə, oktyabrın sonunadək istifadəyə verilməsi nəzərdə tutulan e-ticarət platformasına 50-dək şirkətin məhsulları artıq yerləşdirilib.
 
"Hazırda platformanın beta-versiyası onlayn olaraq mövcud deyil. O, ayrı serverdə yerləşdirilib və hələlik yalnız kommersiya şirkətləri üçün əlçatandır. Sahibkarlıq subyektlərinin sayı müəyyən həddə çatdırıldıqdan sonra, platforma onlayn formatda fəaliyyətə başlayacaq. Elektron ticarət platforması hesab.az daxilində əlavə modul kimi fəaliyyət göstərəcək və istehlakçılar oradan məhsulları ala biləcəklər", - deyə N. Mehdiyeva qeyd edib.








Redaktorun seçimi