Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı

Hit: 483
Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı
Qarabağ Dirçəliş Fonduna ianə etmək istəyənlər artıq “E-Pul” onlayn xidmətlər portalı vasitəsilə də bu əməliyyatı asanlıqla həyata keçirə biləcək. 
İanələri “E-Pul” onlayn ödəmə sisteminin həm veb saytı, həm də mobil tətbiqi üzərindən həyata keçirmək mümkündür:
 
- Vebsayt
- Android tətbiqi
- iOS tətbiqi
 
Nəzərinizə çatdıraq ki, ianə edən zaman istifadəçidən ödəniş üçün heç bir əlavə komissiya haqqı tutulmur.
 
Hər bir soydaşımız Qarabağ Dirçəliş Fonduna ianə etməklə bu mühüm missiyanın iştirakçısına çevrilə bilər.
Qeyd edək ki, ianə prosesini daha da asanlaşdırmaq və əlçatan etmək üçün proses davam etdirilir və yeniliklər barədə ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.
Qarabağ Dirçəliş Fonduna digər ödəmə vasitələri ilə ianə etmək imkanları barədə ətraflı məlumat:  https://qdf.gov.az/iane-et/
 








Redaktorun seçimi