Azərbaycanlı gənc bp-nin “Xalis sıfır” təqaüdçüsü seçildi

Hit: 817
Azərbaycanlı gənc bp-nin “Xalis sıfır” təqaüdçüsü seçildi
bp Azərbaycan,  istedadlı və entuziast Azərbaycanlı gənc sahibkar Reyhan Camalovanı təbrik edir. O, 22-25 iyul tarixlərində Almaniyanın Münhen şəhərində keçirilmiş virtual “One Young World” (OYW) – 2021 ümumdünya gənclər sammitində bp-nin beynəlxalq nümayəndə heyətinə qatılmışdır. Reyhan bp qrupunun dünya üzrə 350 nəfərdən artıq ərizəçi arasından seçdiyi altı “Xalis sıfır” təqaüdçüsündən biri olub.
 
Reyhan 14 yaşında “Rainergy” qurğusunu icad edib. Bu qurğu yağışlı iqlimə malik azgəlirli ölkələrdə enerji çatışmazlığı problemini həll etmək üçün yağış suyundan elektrik enerjisinin istehsal edilməsi üçün layihələndirilib. “Rainergy” yağış suyunu toplayır və ondan elektrik enerjisi istehsal etmək üçün istifadə edir.
 
Reyhan “OYW” sammitindəki təcrübəsi barədə bunları bölüşüb: “bp-nin “Xalis sıfır” təqaüdünə layiq görülməyim, “Rainergy” qurğusunun bərpa olunan enerji mənbəyi kimi əhəmiyyətini vurğulayır. bp nümayəndə heyətinin tərkibində “OYW” gənclər sammitində iştirak etmək mənə özümü yeni tərəfdən kəşf etmək və bir sıra müsbət cəhətlərimin önə çıxması üçün əla imkan oldu. Sammitdə mənimlə eyni düşüncə tərzinə malik insanlarla ünsiyyət qurmaq, onların ilhamverici uğur hekayələrini dinləmək və müxtəlif mövzularda öz biliklərimi genişləndirmək imkanım oldu.”
 
“OYW” sammiti daha məsuliyyətli və daha effektiv liderləri olan daha yaxşı bir dünya qurmaq üçün dünyanın ən nüfuzlu gənc liderlərini bir araya gətirən, onları təşviq edən və birləşdirən ən böyük toplantılardan biridir.
 
bp qrupu 2016-cı ildən “OYW” sammitinə qoşulmaqla dünya miqyasında müsbət təsir yarada biləcək gənc liderləri təşviq edir və dəstəkləyir. Bu əməkdaşlıq çərçivəsində bp hazırda insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yeniləyən gənc innovatorları müəyyənləşdirməyə və onlarla ünsiyyət qurmağa yönəlmiş  “Xalis sıfır” təqaüd proqramını yaradıb.  Bu bizim 2050-ci ilədək və ya daha tez müddətdə “xalis sıfır emissiyalı” şirkətə çevrilmək və dünyanın da xalis sıfır hədəfinə çatmasına yardım etmək məqsədi daşıyan yeni strategiyamıza və hədəfimizə uyğundur. bp-nin yeni hədəf və strategiyası haqqında ətraflı məlumatı bu linkdən əldə etmək olar: https://www.bp.com/az_az/azerbaijan/home/news/press-releases1/bp-nin-yeni-strategiyas.html
 
 
“OYW” sammitinə qoşulduğuna və dünyanın müxtəlif yerlərindən olan digər nümayəndələr və gənc liderlərlə öz entuziazmını bölüşdüyünə görə Reyhana təşəkkür edirik.







Redaktorun seçimi