AQSİA sahibkar xanımlarla görüş keçirib - FOTOLAR

Hit: 580
AQSİA sahibkar xanımlarla görüş keçirib - FOTOLAR
Zaqatalada Heydər Əliyev mərkəzində AQSİA İcraçı katibi Mətanət Ağamirli və  İdarə Heyətinin  üzvü Afət Həsənova sahibkar xanımlarla  görüşüb.  Sahibkar xanımlar AQSİA haqqında məlumatlandırılıb və rayonda qadın sahibkarlığının inkişafı məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb. 
 
Zaqatalalı sahibkar xanımlar AQSİA ilə əməkdaşlıqda maraqlı olduqlarını, inkişafa, dəstəyə ehtiyac hiss etdiklərini bildiriblər. Və AQSİA-nı tezliklə  daha böyük heyətdə gözlədiklərini, bu platformada uğurlu fəaliyyətə ümidlə yanaşdıqlarını da vurğulayıblar.  Sahibkar xanımlar gələcəkdə bu istiqamətdə layihələr həyata keçirilməsini də təklif ediblər. 
 
AQSİA İdarə Heyətinin bir qrup üzvü Şəki, Zaqatala, Balakən rayonlarına səfər ediblər. İsveçrə Əməkdaşlıq təşkilatının AQSİA ilə birgə başlatdığı  "Sənətkarlıq İncisi -  Təkəlduz irsimiz" layihəsi çərçivəsində düzənlənən görüşdə şəkili  xanımlarla görüşdə müzakirələrlə yanaşı sorğu keçirilib.  
 
Daha sonra səfər çərçivəsində digər rayonlarda fəaliyyət göstərən sahibkar xanımlarla  keçirilən  görüşlərdə xanımların həm  sahibkarlıqda rastlaşdıqları qayğılar, həm bizneslərinin genişləndirilməsi, həm də gənc qızların bu sahədə olan potensiallarının realizə olunması ilə bağlı fikir mübadiləsi aparılıb. Bölgələrdə biznes fəaliyyəti ilə məşğul olan xanımlar bu kimi görüş və müzakirələrin inkişaf üçün əhəmiyyətli olduğunu və AQSİA ilə sıx əməkdaşlığa maraqlı olduqlarını bildiriblər.
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi