AQSİA ölkəmizi beynəlxalq tədbirdə təmsil edib - FOTOLAR

Hit: 708
AQSİA ölkəmizi beynəlxalq tədbirdə təmsil edib - FOTOLAR
İyunun 15-də Özbəkistanda “Qadın və rəqəmsal iqtisadiyyat. Qadın sahibkarlığının qlobal inteqrasiyası” mövzusunda beynəlxalq oflayn və onlayn dəyirmi masa keçirilib.
 
Faktor.az bildirir ki, tədbir "Sharq Ayoli – “Woman of east” beynəlxalq qadınlar ictimai fondu, Özbəkistan Respublikası Ədliyyə Nazirliyi, “Yuksaliş” ümummilli hərəkatı, USAID-in sahibkarlığın və biznesin inkişafı layihəsi, Özbəkistan Ticarət-sənaye palatası tərəfindən təşkil olunub.
 
Tədbirə 11 ölkənin qadın təşkilatları  qatılıb. Beynəlxalq toplantıda ölkəmizi Azərbaycanda Qadın Sahibkarlığının inkişafı Assosiasiyasının sədri Səkinə Babayeva təmsil edib. Tədbirdə həmçinin  Rusiya Federasiyası Ticarət-Sənaye Palatası yanında Rus-Ərəb İşgüzar Şurasının sədri, “Biznes Qadınları” Ümumrusiya ictimai təşkilatının prezidenti Tatyana Qvilava, İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolunun rəhbəri, Rusiya və Tatarıstan müsəlman qadınlar birliyinin sədri Nailya Ziqanşina, habelə Mozambik, Rusiya, Belarus, Latviya, Özbəkistan və digər ölkələrdən olan qadın təşkilatları iştirak  ediblər.
 
“Dəyimi masa əsnasında Sharq Ayoli” beynəlxalq qadınlar ictimai fondu ilə Azərbaycan Qadın Sahibkarlığın İnkişafı Assosiasiyası və İslam biznesi beynəlxalq assosiasiyasının qadınlar qolu arasında Azərbaycan və Tatarıstanda fəaliyyət göstərən qadın sahibkarlara elektron ticarətin əsaslarının öyrədilməsi mövzusunda seminarlara başlamaqla bağlı razılıq əldə olunub.
1
1
1
1
1








Redaktorun seçimi