ASA ilə ARPA arasında əməkdaşlıq yeniləndi - Saziş imzalandı

Hit: 512
ASA ilə ARPA arasında əməkdaşlıq yeniləndi - Saziş imzalandı
Azərbaycan Sığortaçılar Assosiasiyası ilə Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası arasında qurulmuş əməkdaşlıq əlaqələri bu gün rəsmi Saziş ilə yeniləndi.
 
ASA-dan Faktor.az-a verilən məlumata görə,  sazişi Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən İcraçı direktor Elmar Mirsalayev, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası tərəfindən isə İdarə Heyətinin sədri Günay Şahbazova imzalayıb.
 
Əldə olunmuş razılığa əsasən, iki Assosiasiya növbəti mərhələdə risk-sığorta istiqamətləri üzrə təşkil olunacaq təlim və bilgiləndirmə layihələrinin icrasında birgə iştirak edəcəklər.








Redaktorun seçimi