Neftçala Rayon İcra Hakimiyyətində növbəti işgüzar görüş keçirilib

Hit: 331
Neftçala Rayon İcra Hakimiyyətində növbəti işgüzar görüş keçirilib
Neftçala rayonunda, Prezident İlham Əliyevin regionların sosial-iqtisadi inkişafının hər zaman diqqətdə saxlanılması və regionlara yeni investorların cəlb olunması istiqamətində verdiyi tapşırıqlar icra olunur. Regionların iqtisadi gücünü artırmaq və yeni iş yerlərinin açılması üçün regionlara yerli və xarici investorların cəlb olunması, rəqabətli bazar mühitinin inkişaf etdirilməsini təmin edir. Regionlara yerli və xarici investorların cəlb olunmasını nəzərə alaraq Neftçala Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov, “Azərsun Holdinq”in məsul əməkdaşlarının iştirakı ilə işgüzar görüş keçirilib.
 
Neftçala şəhərinə şirkət tərəfindən cəlb olunması planlaşdırılan investisiyaya uyğun bazar mühitinin araşdırılması məqsədi ilə aparılan müzakirələrdə bir neçə maraqlı təkliflər səsləndirilib. Görüş zamanı şirkət rəsmiləri, “Qida sektorunda  Azərbaycanın istehsalçı və ixracatçı ölkə halına gəlməsində böyük rol oynayan "Azərsun Holdinq" tərkibində fəaliyyət göstərən zavodların güclü istehsal potensialı ilə yanaşı geniş ixracat şəbəkəsinə sahib olduğunu vurğulayıb. Sahib olduğu şirkət idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etmək olduğu bildirilib”.
 
Rayon İcra Hakimiyyəti Başçısı Mirhəsən Seyidov, Neftçala rayonunun investisiya təşviq planına uyğun istiqamətlərdə əməkdaşlıq imkanlarına dair təkliflər səsləndirib. Yeni investisiya layihəsinin cəlb olunmasında əsas prinsip, əhalinin qeyri-məşğul hissəsinin məşğulluğa cəlb olunması üçün prioritetlər müəyyənləşib. Mövcud bazar mühitinin öyrənilməsi və məqsədə müvafiq yerlərə baxış keçirilməsi məqsədi ilə müvafiq şəxslərə tapşırıqlar verilib. 








Redaktorun seçimi