Rolls-Royce Motor Cars şirkətinin 2021-ci ilin rekord birinci rübü

Hit: 439
Rolls-Royce Motor Cars şirkətinin 2021-ci ilin rekord birinci rübü
"Rolls-Royce Motor Cars üçün 2021 - ci il çox uğurla başlayıb ki, bunu satışların rüblük nəticələri -markanın 116 illik tarixi ərzində rekord göstəricilər də təsdiq edir. Modellərimizə, xüsusən də yeni Ghost və Cullinan SUV-lərə güclü tələb, əsas bazarlarda artan satışlar və Bespoke sifarişlərini qeyd edərək, işimiz bu gün əla vəziyyətdədir. 2021-ci ilin qalan hissəsi üçün nikbin olmağımız üçün bütün əsaslarımız var", Torsten Müller-Ötvös, Rolls-Royce Motor Cars şirkətinin icraçı direktoru bildirib.
 
2021-ci ilin birinci rübü Rolls-Royce Motor Cars üçün rekord həddə çatdı: marka ilk üç ayda 116 illik tarixində ən yüksək göstəriciləri nümayiş etdirdi. Yanvarın 1-dən martın 31-dək 1380 avtomobil müştərilərə təhvil verilmişdir ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 62% çoxdur. Şirkət 2019-cu ildə qurulan əvvəlki rüblük rekordu qırdı. Satışlarda artım bütün bazarlarda müşahidə edildi, böyümənin liderləri Çin, ABŞ və Asiya-Sakit okean bölgəsi idi.
 
Bütün Rolls-Royce modellərinə, xüsusən 2020-ci ildə təqdim olunan yeni Ghost biznes-limuzininə və ultra lüks Cullinan yolsuzluq avtomobilinə olan yüksək tələbat qeyd olunur. Sifarişlər 2021-ci ilin ikinci yarısına qədər yerləşdirilib.
 
Nəticələr barədə düşünərkən cənab Torsten Müller-Ötvös qeyd edib: "Biz son çağırışlara öz cəsarətimizlə, fantaziyamızla, diqqətli planlaşdırma ilə zamanı reaksiya verdik və müştərilərimizin maraqlarını və tələblərini prioritet olaraq qoyduq. Qudvudda və bütün dünyada Rolls-Royce komandamızın hər bir üzvü bu görkəmli nəticələrin əldə olunmasında mühüm rol oynamışdır. Məhz onların istedadları, səriştələri, işə sadiqliyi və ruh yüksəkliyi sayəsində biz bu gün bu uğurlu mövqeləri tuturuq".







Redaktorun seçimi