Martda Kiyev-Bakı aviareysi bərpa olunacaq

Hit: 357
Martda Kiyev-Bakı aviareysi bərpa olunacaq
Ukrayna Beynəlxalq Hava Yolları )MAU) aviaşirkəti bu ilin martın 13-dən etibarən Kiyevdən Bakıya birbaşa uçuşları bərpa edə bilər.
 
İndex.az  Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə şirkətin elanında deyilir.
 
Bildirilir ki, şirkət Kiyevdən Bakıya aviareyslərin aprelin sonunadək həftədə iki dəfə (çərşənbə axşamı və şənbə günləri) həyata keçirilməsini planlaşdırır. 
 
MAU artıq sözügedən aviareysə aviabiletlərin satışını açıq elan edib.








Redaktorun seçimi