Azərbaycanda qarğıdalı əkinlərinin güzəştli sığortası başlayıb

Hit: 505
Azərbaycanda qarğıdalı əkinlərinin güzəştli sığortası başlayıb
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmi vasitəsilə qarğıdalı əkinlərinin sığortalanması şərtləri açıqlanıb.
 
Xatırladaq ki, aqrar sığorta mexanizmi çərçivəsində 14 bitki növü və məhsulunun sığortalanması nəzərdə tutulur. Bunlar - buğda, arpa, qarğıdalı, kartof, şəkər çuğunduru, portağal, narıngi, çay, çəltik, tütün, üzüm, fındıq və pambıqdır.
 
Aqrar Sığorta Fondundan verilən məlumata görə, fermerlər və iş adamları 2021-ci ildə qarğıdalı sahələrinin sığortalanması üçün artıq indidən müraciət edə bilərlər. 
 
Azərbaycanda qarğıdalı əkinlərini iki növ sığorta etmək olar – qarğıdalının dənlik hissəsini (qarğıdalı dənlik) və heyvan yemi kimi istifadə olunan gövdəsini (qarğıdalı silos).
 
Qarğıdalı sahələrinin sığortalanması zamanı qarğıdalının məhsuldarlığı, qiyməti, yerləşdiyi ərazi və seçilən sığorta zərfi nəzərə alınacaq.
 
Qaydalara əsasən, hesablama aparılması üçün qağıdalının 1 hektar sahə üçün məhsuldarlıq və məhsulun qiyməti normaları müəyyən edilib. Bu normalar həm qarğıdalı dənlik, həm də qarğıdalı silos-a aiddir.
 
Belə ki, bir hektardan məhsuldarlıq norması dənlik qarğıdalı üçün 2-200 sentner arasında, qiymət isə 40-55 manat/sentner arasında müəyyən edilib.
 
Qarğıdalı silos üçün isə məhsuldarlıq norması bir hektardan 135-2500 sentner arasında, qiymət isə 3-5 manat/sentner arasında müəyyən edilib.








Redaktorun seçimi