“ƏDV geri al” layihəsi çərçivəsində ödəniş 50 milyon manata yaxınlaşıb

Hit: 526
“ƏDV geri al” layihəsi çərçivəsində ödəniş 50 milyon manata yaxınlaşıb
Azərbaycanda ötən ilin may ayından həyata keçirilən, fiziki şəxs istehlakçıların pərakəndə ticarət və yaxud ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən aldığı mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödədiyi ƏDV-nin geri qaytarılması üçün yaradılmış https://edvgerial.kapitalbank.az/ portalında indiyə qədər 1 milyondan çox istifadəçi qeydiyyatdan keçib.
 
Faktor.az bu barədə "Kapital Bank" ASC-yə istinadən xəbər verir.
 
Məlumata görə, istifadəçilərin təxminən 89%-i (907 min nəfər) əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil edib. İndiyə qədər 132 milyondan çox kassa çeki barədə məlumat qeydə alınıb. Artıq təsdiq olunmuş çeklər üzrə təqribən 47,2 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual “pul qabı”na yerləşdirilib.








Redaktorun seçimi