Satıcı-kassir ixtisası üzrə hazırlıq təliminə ərizə qəbulu elan olundu

Hit: 465
Satıcı-kassir ixtisası üzrə hazırlıq təliminə ərizə qəbulu elan olundu

Bazarstore ilə birgə Usta yanında öyrənmə proqramına start verildi

 “BACARIQLI OL” Usta yanında öyrənmə proqramı çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinin təşkilatçılığı və “Bazarstore” Məhdud Məsuliyyətli Cəmiyyətinin dəstəyilə satıcı-kassir ixtisası üzrə qısamüddətli hazırlıq təliminə ərizə qəbulu elan olunur.

Ümumilikdə 12 həftə davam edəcək təlim müddətində iştirakçılar nəzəri biliklər və praktiki məşğələlər vasitəsi ilə real iş mühitində sözü gedən ixtisas üzrə bacarıq və səriştələrə yiyələnəcəklər.

Təlimin məqsədi peşə təhsili müəssisələrində təhsil alan tələbələrin və işsiz şəxslərin praktiki formada təcrübələrinin təşkili, habelə, peşə təhsilinin əhatə dairəsinin genişlənməsini təmin etməkdir.

Seçim prosesində qiymətləndirmə nəticələrinə görə ən yüksək bal toplamış 5 tələbəyə mükafatlar təqdim olunacaqdır.









Redaktorun seçimi