“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək

Hit: 430
“Unibank”ın səhmdarlarının yığıncağı keçiriləcək
Martın 19-da, saat 15:00-da “Unibank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.
 
Faktor.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Nəsimi rayonu, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən baş ofisində “Zoom” proqramı vasitəsi ilə məsafədən olacaq.
 
Yığıncağın gündəliyinə "Unibank"ın ötən il üzrə maliyyə hesabatlarının təsdiq edilməsi, mənfəətinin bölüşdürülməsi, eləcə də Banka kənar auditor təyin olunması məsələləri daxildir.
 
Xatırladaq ki, “Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 125,686 milyon manatdır. Bankın səhmlərinin 86,4%-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 13,6%-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.








Redaktorun seçimi