ASA “İllik icmal” bülletenini yayımladı

Hit: 524
ASA “İllik icmal” bülletenini yayımladı
Azərbaycan Sığortaçılar Assosiasiyası 2020-ci ilin yekunlarına həsr etdiyi “İllik icmal” bülletenini sığorta iştirakçılarına təqdim edib.
 
ASA-dan Faktor.az-a verilən məlumata görə, bülletende Assosiasiyanın ötən il ərzində müxtəlif istiqamətlərdə əldə etdiyi uğurlar, həyata keçirdiyi yeni layihələr haqqında məlumatlar, eyni zamanda yerli sığorta bazarı iştirakçılarının və sığorta növlərinin renkinqi yer alıb.
 
Belə ki, sayca 4-cü buraxılışı olan bülletendə icbari və könüllü, eyni zamanda həyat və qeyri-həyat sığorta növlərinin bazar payı və dinamikası ayrı-ayrılıqda təhlil olunub.
 
Azərbaycan Sığortaçılar Assosiasiyasından bildirilir ki, hər ay yayımlanan bu bülletenin yaxın vaxtlarda çap versiyası da nəzərdə tutulur.








Redaktorun seçimi