İİTKM İsveçrənin Əməkdaşlıq İdarəsi əməkdaşlığı möhkəmləndirəcək

Hit: 514
İİTKM  İsveçrənin Əməkdaşlıq İdarəsi əməkdaşlığı möhkəmləndirəcək
İqtisadi  İslahatların   Təhlili   və   Kommunikasiya  Mərkəzinin   (İİTKM)   icraçı   direktoru Vüsal Qasımlı ilə İsveçrənin Əməkdaşlıq İdarəsinin (SECO) Cənubi Qafqaz üzrə Regional direktor müavini Alberto Hernandez arasında onlayn formatda görüş keçirilib.
 
İİTKM-in icraçı direktoru Vüsal Qasımlı ölkədə aparılan uğurlu iqtisadi islahatlar, sosial-iqtisadi inkişafa dair Azərbaycanın 2030-cu il üzrə qəbul edilən milli prioritetləri,  İİTKM-in monitorinq və qiymətləndirmə institutu  olaraq həyata keçirdiyi fəaliyyətlər, eləcə  də  Azexport.az,   EnterpriseAzerbaijan.com, Rəqəmsal  Ticarət  Qovşağı, Azranking.az və “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi barədə məlumat verib. Görüşdə İİTKM-də makro-iqtisadi   tədqiqatlar   üzrə   hazırlanmış   təhlil   və   proqnozlaşdırma   modellərinin hazırlanmasında SECO tərəfindən təmin edilən ekspert dəstəyi və  göstərdiyi əməkdaşlıq yüksək qiymətləndirilib.
 
SECO-nun   Cənubi   Qafqaz   üzrə   Regional   Direktor   müavini   Alberto   Hernandez Azərbaycanda özəl sektorun və maliyyə sektorunun inkişafı istiqamətində SECO tərəfindən icra olunan fəaliyyətlər  barədə məlumat verib. Görüşdə makro-iqtisadi təhlil  və proqnozlaşdırma modellərinin   qurulması,   diversifikasiya,   maliyyə   sektorunda   islahatlar   kimi   strateji   sahələr gələcək əməkdaşlıq istiqamətləri kimi təklif edilib.  Görüşdə İİTKM-in Layihələr Departamentinin rəhbəri Vüsalə Cəfərova və SECO-nun Ölkə Proqramı üzrə meneceri Aytən Axundova da iştirak edib. 
 








Redaktorun seçimi