İanə et, qələbəni bizə yaşadanları YAŞAT - FOTOLAR

Hit: 966
İanə et, qələbəni bizə yaşadanları YAŞAT - FOTOLAR
44 günlük Vətən Müharibəsi ərzində Ordumuzun qazandığı uğur və qələbə sevinci açıq məkanda anbaan xalqımızla paylaşıldığı kimi müharibədən sonra da Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi bu qələbənin qürurunu təcəssüm etdirən paylaşımların yayımını davam etdirir. İndi açıq məkandakı reklam qurğularında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək - “YAŞAT” Fondunun sosial reklamlarını da görmək mümkündür.
 
“YAŞAT” Fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı əsasında yaradılıb. Fondun məqsədi şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir. Həmçinin Fond Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunub. Şəxslərin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsi üzərindən qəbul edilir. Müraciətlərin elektron qaydada formalaşdırılması ilə bağlı könüllülər müraciət edən şəxsə yardım göstərirlər. “YAŞAT” Fonduna müraciət prosesini daha da asanlaşdırmaq, mütəmadi hesabatlar təqdim etməklə şəffaflığa nail olmaq məqsədilə yashat.gov.az portalı da istifadəyə verilib.
 
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
 
Həmçinin Fondun 8110 “Çağrı Mərkəzi” fəaliyyət göstərir.
1
1
1
1
1








Redaktorun seçimi