“AzerGold”da görüş olub

Hit: 730
“AzerGold”da görüş olub
“AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov Yaponiyanın ölkəmizdəki yeni səfiri ilə Cuniçi Vada ilə görüşüb. 
 
Bu barədə “AzerGold” Qapalı Səhmdar Cəmiyyətindən məlumat verilib.
 
Səfirliyin iki ölkə arasında bir çox istiqamətlərdə mövcud əməkdaşlığın güclənməsində xidmətlərini xüsusi vurğulayan sədr, diplomatik fəaliyyətində səfirə uğurlar arzulayıb. Ölkəmizdə fəaliyyətə başlamasından məmnun olduğunu bildirən diplomat Azərbaycan-Yaponiya iqtisadi münasibətlərinin inkişafı, xüsusilə dağ-mədən sahəsində əməkdaşlığın qurulmasında səylərini əsirgəməyəcəyini qeyd edib.
 
Səfir Cuniçi Vada Yaponiyanın Neft, Qaz və Metallar üzrə Milli Korporasiyası JOGMEC-in fəaliyyəti haqqında danışaraq, sözügedən şirkətin neft və təbii qaz təminatı ilə yanaşı əlvan metal və mineral ehtiyatların tədarükü sahəsində ixtisaslaşdığını və bu sektorda Yaponiyanı uğurla təmsil etdiyini bildirib. Görüşdə sözügedən şirkətlə potensial əməkdaşlıq perspektivləri,  təcrübə mübadiləsi, dağ-mədən sənayesinə investisiya qoyuluşlarının cəlb edilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
 
Səfir investisiya qoyuluşu ilə yanaşı, daha bir perspektivli məsələnin Yaponiyada dağ-mədən sahəsində istifadə olunan müasir texnoloji həllərin və ən qabaqcıl innovativ modellərinin Azərbaycanda tətbiq edilməsinin ola biləcəyini bildirib. Z.İbrahimov öz növbəsində, yataqlarla bağlı məlumatların rəqəmsallaşdırılması prosesində faydalı ola biləcək, o cümlədən, yataqların geoloji kəşfiyyatdan istismaradək tələb olunan müddətin azalmasına şərait yaradacaq innovativ təşəbbüslərə Cəmiyyətin açıq olduğunu diqqətə çatdırıb








Redaktorun seçimi