Caspian Energy Club Qara Dəniz nümayəndəliyin yaradacaq

Hit: 555
Caspian Energy Club Qara Dəniz nümayəndəliyin yaradacaq
Caspian Energy Club-un Qara dəniz nümayəndəliyini Caspian Energy Turkey  idarə edəcək. Bu layihənin həyata keçirilməsi məqsədilə Caspian Energy Club Caspian Energy Turkey-də pay iştirakını satışa çıxarıb. Qara Dəniz nümayəndəliyin və Caspian Energy Turkey-in baş icraçı direktoru Avni Dəmirçi təyin olunub. Bu barədə Caspian Energy Club qrupunun sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 
 
Telman Əliyev bildirib ki, Caspian Energy Turkey-nin  ilə 5 il ərzində Rumıniya, Bolqarıstan, Ukrayna və Moldovada daimi nümayəndəlik yaradılacaq. Həmçinin Caspian Energy Turkey Caspian Energy Georgia-da pay iştirakının sahibi olacaq. 
 
Pay iştirakının satışı barədə təkliflər paketi çərçivəsində Caspian Energy Turkey türk və ingilis dillərində eyniadlı jurnal nəşr etmək hüququ əldə edir.  Eyni zamanda Caspian Energy TV, Caspian Energy Photo, Caspian Energy News, Caspian Energy Investor, Caspian Energy Jobs və Caspian Energy Info layihələrinə tam və qismən inteqrasiya da nəzərdə tutulub.  
Caspian Energy Turkey ildə iki dəfə beynəlxalq Caspian Energy Forum (Ankara və İstanbulda) və ildə bir dəfə Caspian Energy Award Turkey, Caspian Business Award Turkey, Brand Award
 
Turkey beynəlxalq mükafatlarının təqdimetmə mərasimini təşkil edəcək. 
Bununla yanaşı, hər ay Türkiyənin müxtəlif regionlarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət top-menecerlərinin və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə B2G, B2B və
B2C formatlarında forum və müxtəlif tədbirlər keçiriləcək.  
 
Business Tour layihəsi çərçivəsində sahibkarlar Türkiyənin müxtəlif region və müəssisələrinə şəxsən baş çəkmək və onların investisiya imkanları ilə tanış olmaq imkanı əldə edəcəklər. Analoji fəaliyyət gələcəkdə Rumıniya, Bolqarıstan, Ukrayna, Gürcüstan və Moldovada da təşkil olunacaq. 
 
1999-cu il mayın 28-dən fəaliyyət göstərən Caspian Energy beynəlxalq jurnalı dünyanın 50 ölkəsində yayılır. Caspian Energy ticarət markası Azərbaycan, Böyük Britaniya, Gürcüstan, İran, Qazaxıstan, Rusiya, Türkiyə, Türkmənistan, Ukrayna və Aİ-nin 27 ölkəsində qeydiyyatdan keçib. 
20 il ərzində jurnalda dünyanın müxtəlif ölkələrinin prezident və baş nazirlərinin, həmçinin nüfuzlu beynəlxalq təşkilat və nəhəng transmilli şirkət rəhbərlərinin müsahibələri, aparıcı ekspertlərin icmal və analitik materialları dərc olunur. Müxtəlif qiymətləndirmələrə görə, “Caspian Energy” jurnalı Xəzər-Qara dəniz və Baltik regionlarının aparıcı nəşrləri beşliyinə daxil olub, həmin regionlarda fəaliyyətin müəyyən edilməsində əksər sərmayəçilər üçün istiqamətləndirici rol oynayır.
 
Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. “Biznes-hökumət” dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycan və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühiti yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və onlarda fəal iştirak etməkdən ibarətdir. 
 
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər keçirir. Caspian Energy Club-un mənzil-qərargahı Bakı şəhərində yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 








Redaktorun seçimi