Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb

Hit: 536
Caspian Energy öz layihələrində pay iştirakını satışa çıxarıb
Bir neçə yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən sosial şəbəkələrdə Caspian Energy Club və Caspian Energy İnternational Media Group-un pay iştirakı nəzarət paketini guya Xəzər regionu ölkələrindən birinin kommersiya holdinqinə vermələri ilə bağlı məlumat yayılıb. Eyni zamanda bununla əlaqədar beynəlxalq təşkilatların, Azərbaycan, Gürcüstan və Qazaxıstanda akkreditasiyadan keçmiş diplomatik nümayəndəliklərin rəhbərlərindən çoxsaylı zənglər daxil olub. Diqqətə çatdırırıq ki, yayılan məlumat dəqiq deyil və baş verənlərin mahiyyətini əks etdirmir.
 
Bu barədə Faktor.az-a Caspian Energy Club-un sədri və və baş icraçı direktoru Telman Əliyev məlumat verib.
 
Telman Əliyev qeyd edib ki, Caspian Energy Club və Caspian Energy İnternational Media Group investor cəlb etmək məqsədilə Azərbaycanda və xaricdə bir sıra layihələri satışa çıxarıb.  Başlıca hədəf müasir innovasiya və rəqəmsal texnologiyaların tətbiqi ilə yeni formatda çoxsaylı layihələrimizin transformasiyası üçün əlavə investisiyalar cəlb etməkdir. Bunun sayəsində biz fəaliyyətimizin coğrafiyasını daha da genişləndirməyə və əməkdaşlığımızı biznes netvorkinq üçün vahid beynəlxalq platformaya çevirməyə nail ola bilərik.
Telman Əliyevin sözlərinə görə, bəzi layihələr tamamilə yeni forma alacaq, Caspian Energy Club-un öz fəaliyyətində tətbiq etdiyi çoxsaylı alətlər sayəsində biznes nümayəndələri öz məhsul və xidmətlərinin irəliləyişi üçün imkanlardan daha operativ və səmərəli istifadə edə biləcəklər.
 
Sonda Telman Əliyev qeyd edib ki, hazırda bu layihələrdə pay iştirakı əldə etməkdə maraqlı olan şirkət və təşkilatlarla danışıqlar aparılır. “Danışıqların detalları ilə bağlı yaxın vaxtda daha geniş rəsmi məlumat veriləcək. Məsələ ilə maraqlanan şəxslərdən birbaşa Caspian Energy Club-a müraciət etməyi xahiş edirik”, - deyə o bildirib.
Sıralarında dünyanın 50 ölkəsindən 5 000-dən artıq şirkət və təşkilatı birləşdirən Caspian Energy Club 2002-ci ilin iyununda yaradılıb. Biznes-hökumət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırmaqdan, həmçinin B2G, B2B və B2C formatlarında dialoqları stimullaşdırmaqdan və bu dialqolarda fəal iştirak etməkdən ibarətdir.  
 
Biznes-netvorkinq üçün beynəlxalq platforma olan Caspian Energy Club müntəzəm qaydada müxtəlif tədbirlər təşkil edir. Caspian Energy Club-un mənzil-qərargahı Bakıda yerləşir. Caspian Energy Club-un Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəliyi, həmçinin dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.
 








Redaktorun seçimi