Türk Hava Yollarından tələbələr üçün kampaniya

Hit: 654
Türk Hava Yollarından tələbələr üçün kampaniya
Türk Hava Yollarının tələbələr üçün olan kampaniyasının təqdim etdiyi avantajlardan Türk Hava Yollarının rəsmi veb say; və mobil tətbiqi üzərindən yararlanmaq mümkündür.
Bu kampaniya çərçivəsində tələbə sərnişinlər %20-dək endirim haqqı, 40 kq baqaj haqqı, birdəfə üçün ödənişsiz bilet dəyişiklik haqqı qazana bilir.
 
Əlavə olaraq tələbələr 2021-ci ilin 25% daha çox uçuş mili qazanmaq imkanı və Xoşəldin milləri qazanır.
 
Bu avantajlar ilə bilet əldə etmək üçün tələbələr biletlərini 15 Fevral 2021-ci il tarixinədək əldə edə bilər. Uçuş tarixi isə 18 İyun 2021-ci ilədək seçilə bilər.
 
Tələbələr üçün avantajlı endirimlər kampaniya bitdikdən sonra fərqli formatda davam edəcəkdir.
 
Tələbə fürsətlərindən yararlanmaq üçün sərnişinlər aşağıdakı 3 addımı izləməlidir.
 
1. Miles&Smiles üzvü olmalıdırlar.
2. Miles&Smiles hesablarında özlərini tələbə kimi qeyd etməlidirlər. Bunun üçün Tələbə
Müraciət Formu doldurulmalıdır.
3. Avantajlı biletləri almaq.
 
Daha ətraflı məlumat aşağıdakı linkdən əldə edilə bilər. h\ps://www.turkishairlines.com/en-int/student/ 








Redaktorun seçimi