"Günay Sığorta" işçi axtarır - 900 manat maaş

Hit: 717
"Günay Sığorta"  işçi axtarır - 900 manat maaş
"Günay Sığorta" ASC Anderaytinq və Təkrarsığorta şöbəsinin aparıcı mütəxəssisi vəzifəsinə işçi axtarır:
 
Namizədə tələblər:
Yaş: 25-40;
Təhsil: Ali;
Dil bilikləri: Azərbaycan (əla), İnsgilis dili (əla), Rus dili (yaxşı);
İş təcrübəsi: 1-3 il;
Sığorta qanunvericiliyinin və sığorta fəaliyyətinin əsaslarının, anderaytinq prinsiplərinin və qaydalarının biliyinə malik olma.
Əsas vəzifə öhdəlikləri və iş barədə məlumat:
Şöbəyə daxil olan məktublara cavabların yazılması və təyinatı üzrə göndərilməsinin təmin edilməsi;
Yerli və xarici sığortaçılarla, təkrarsığortaçılarla və brokerlərlə yazışmalar və danışıqların aparılması;
Sığorta/Təkrarsığorta təminat şəhadətnamələrinin buraxılması, əlavələrin, razılaşmaların hazırlanması və ləğvi;
Sığorta/Təkrarsığorta üzrə olan sorğuları analiz etmək, təkrarsığortaçılara göndərmək;
Satış işçiləri üçün sığorta təkliflərinin hazırlanması və vaxtında göndərilməsi;
 
İş qrafiki: 09:00-dan 18:00-dək
Əmək haqqı: 700-900 AZN
Namizədlərdən xahiş olunur ki, mövzu başlığına vəzifənin adını tam yazmaqla CV-ni [email protected] ünvanına göndərsinlər.







Redaktorun seçimi