May ayınadək Füzulidə yarımstansiya yenidən qurulacaq

Hit: 621
May ayınadək Füzulidə yarımstansiya yenidən qurulacaq
“Azad edilmiş torpaqlarımızda enerji infrastrukturuna dəymiş ziyan qiymətləndirilir”. 
 
Faktor.az xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə bildirib.
 
O məlumat verib ki, artıq “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən ətraf rayonlarda zədələnmiş energetika obyektləri bərpa edilib: “Füzuli rayonunda, Cəbrayıl şəhərində və Hadrut qəsəbəsində həyati vacib obyektlər, Cəbrayıl rayonunda sərhəd zastavaları elektrik enerjisi ilə təmin olunub. Bununla yanaşı, paylayıcı elektrik şəbəkələrinin yaradılması ilə bağlı tədbirlər davam etdirilir. “Azərenerji” ASC-nin tədbirlər planına əsasən may ayınadək Füzuli rayonundakı “Şükürbəyli” yarımstansiyası yenidən qurulacaq. Bu məqsədlə yüksək gərginlikli əlavə xətt çəkilir, həmçinin yarımstansiyanın gücü qaldırılır”.








Redaktorun seçimi