Qartallar oylağı Laçın çox yaşa!

Hit: 1586
Qartallar oylağı Laçın çox yaşa!
Arxanda dayanıb qardaşlar qoşa,
Bir yanın Kəlbəcər, bir yanın Şuşa,
Baharın büsatdı, qışın tamaşa,
Gözəllik timsalı Laçın çox yaşa!
 
Qonaq et bizləri pendir,lavaşa,
Ayrı bir dad verər qırqovul aşa,
Süfrən açıq olub dosta, qardaşa,
Barlı bərəkətli Laçın çox yaşa!
 
Tarixin hopubdur hər qaya, daşa,
Bu ağır illəri yazın yaddaşa,
Yenə hünərinlə dönürsən başa,
İgidlər məskəni Laçın çox yaşa!
 
Zirvəndə yer yoxdu qarğa, bayquşa,
Hər qarış torpağın əziz yurddaşa,
Artıq azad oldun, gəlirik cuşa,
Qartallar oylağı Laçın çox yaşa!
 
Komandan son nöqtə qoydu savaşa,
Düşmənin içinə düşdü qarğaşa,
Bu Şanlı Qələbə dəyər alqışa,
Azəri torpağı Laçın çox yaşa!
 
Yazan: İbrahimov Rövşən Elman oğlu
30.11.2020








Redaktorun seçimi