Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd ediləcək

Hit: 4206
Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi qeyd ediləcək
Azərbaycanın qəhrəman oğlu, İkinci Dünya Müharibəsi dövründə antifaşist Müqavimət hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən əmr imzalanıb.
 
Faktor.az xəbər verir ki, əmrə əsasən, mövcud sanitar-epidemioloji vəziyyət nəzərə alınmaqla ümumi təhsil müəssisələrində əfsanəvi partizan Əhmədiyyə Cəbrayılovun doğum günü ərəfəsində tarixçi alimlərin, veteranların və görkəmli ictimai-siyasi xadimlərin iştirakı ilə yubiley tədbirləri keçiriləcək.
 
Bundan əlavə, gənc hərbi qulluqçuların, tələbə və şagirdlərin iştirakı ilə Əhmədiyyə Cəbrayılovun döyüş yolu haqqında mühazirələr, “Dəyirmi masa”lar, müsabiqələr və bilik yarışları təşkil olunacaq. Həmçinin xalqımızın qəhrəmanlıq ənənələrini Azərbaycanın hüdudlarından uzaqlarda layiqincə yaşatmış cəsur partizanın həyatı və döyüş yolunu əks etdirən səyyar və ya virtual foto, rəsm və info sərgilərin keçirilməsi də planlaşdırılır.
 
Eyni zamanda Azərbaycan xalqının mərd oğlu Əhmədiyyə Cəbrayılova həsr olunmuş məqalə və məlumatların dərc edilməsi də nəzərdə tutulur.
 
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əhmədiyyə Cəbrayılovun 100 illiyinin qeyd edilməsi haqqında” Sərəncamı əsasında nəzərdə tutulan genişmiqyaslı yubiley tədbirləri ilə bağlı Təhsil Nazirliyi tərəfindən müvafiq Tədbirlər Planı təsdiq olunub.








Redaktorun seçimi