YUĞ Dövlət Teatrı Orduya yardım edib

Hit: 1388
YUĞ Dövlət Teatrı Orduya yardım edib

Azərbaycan Dövlət YUĞ Teatrının kollektivi ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası və tarixin ədalətin bərqərar edilməsi uğrunda mətin mübarizəsini alqışlayır və böyük zəfər günümüzün yaxında olduğuna inanır.

Faktor.az bildirir ki, rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həyata keçirdiyi uğurlu əməliyyatlar nəticəsində düşmənin minlərlə canlı qüvvəsinin, hərbi texnikasının məhv edilməsi, mühüm strateji yüksəkliklərin nəzarətə götürülməsi, əzəli topraqlarınızın işğaldan azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaradıb.

Ölkədə kiçikdən-böyüyə hər kəs kimi mədəniyyət və incəsənət xadimləri, o cümlədən YUĞ Dövlət Teatrının kollektivi də cəbhədə baş verən hadisələri diqqətlə izləyir, qələbə müjdəsi gözləyir. Teatrın kollektivi Azərbaycan ordusuna dəstək olmaq üçün Silahlı Qüvvələrə yardım fonduna 2 min manat məbləğində ianə edib. Teatrın direktoru Əməkdar mədəniyyət işçisi İslam Həsənov bildirib ki, bu gün Azərbaycan xalqı ən şərəfli tarixi anlarını yaşayır.

Dədə-baba torpaqlarımızın düşmən işğalından azad olunması istiqamətində yenilməz ordumuzun apardığı uğurlu hərbi əmliyyatlar, işğalçı Ermənistan silahlı birləşmələrinə endirdiyi sarsıdıcı zərbələr, azad etdiyi torpaqlar bizi çox sevindirir və qürurlandırır. Bu gün yalnız əsgərlərimiz deyil, bütün Azərbaycan xalqı bir yumruq kimi birləşib ancaq qələbə üçün çalışır. Biz də ölkədə başlanan bu gözəl təşəbbüsə qoşularaq, Silahlı Qüvvələrə yardım fonduna ianə etmək qərarına gəldik.

Teatrımızın kollektivi yekdilliklə dövlətimizin qəbul etdiyi bütün qərarları dəstəkləyir, Qarabağın yağı düşmən tapdağından azad olunacağı günün yaxında olduğuna inanır və bunun üçün əlindən gələni etməyə, hətta silaha sarılıb ön cəbhədə vuruşmağa da hazırdır.







Redaktorun seçimi