Yadın "Himalay"ı varsa , bizim də "Duzdağı"mız var! - Aslan Abbaszadə yazır - FOTOLAR

Hit: 4661
Yadın "Himalay"ı varsa , bizim də "Duzdağı"mız var! - Aslan Abbaszadə yazır - FOTOLAR
Azərbaycanın Naxçıvan Muxtar Respublikasında unikal duz mağaraları yerləşir. Burada tənəffüs orqanları xəstəliklərindən uğurla sağalmaq mümkündür.
Fizioterapiya mərkəzi yeraltı və yerüstü hissələrdən ibarətdir. Yerüstü hissə Duzdağın bilavasitə özündə, “Duzdağ” otelinin ərasizisndə yerləşir. Yeraltı hissə isə dağın dərinliyində yerləşir. Kompleksin oteldə yerləşən yerüstü hissəsi kitabxana, kafe və rahat otaqlar ilə təchiz olunub. Kompleks ümumilikdə 128 nəfər qonaq qəbul etmək imkanına sahibdir.
 
“Duzdağ” otelinin nəzdində fəaliyyət göstərən sanatoriya qonaqlara tam tibbi müşaiyət təklif edir. Burada müxtəlif tibbi istiqamətlər üzrə yalnız diplomlu mütəxəssislər çalışır. 
Naxçıvan MR “Duzdağ” fizioterapiya mərkəzinə yalnız respublikanının bütün guşələrindən deyil, həm də xarici ölkələrdən müalicə olmaq istəyən insanlar gəlir. Burada Rusiya Federasiyasından, Gürcüstandan, Türkiyədən, İrandan, Orta Asiya və başqa ölkələrdən gələn qonaqlar gəlir, həm istirahət etmiş , həm də müalicə almış olur. 
 
Hörmətlə ,
Faktor.az xəbər portalının
Baş Redaktoru
Aslan Abbaszadə
 
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi