Mədəniyyət Nazirliyinin əməkdaşı təltif edilib

Hit: 4156
Mədəniyyət Nazirliyinin əməkdaşı təltif edilib
Azərbaycan Respublikası Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 2020-ci il 23 iyun tarixli Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Mədəniyyət Nazirliyinin Elm və tədqiqatlar sektorunun böyük məsləhətçisi vəzifəsində çalışan Babayeva Gülnarə Hüseyn Bala qızı “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.
 
Medalı Gülnarə Babayevaya Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Anar Kərimov təqdim edib və ona gələcək fəaliyyətində yeni nailiyyətlər arzulayıb.








Redaktorun seçimi