Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olunub

Hit: 6571
Zaur Darabzadə “CinemaPlus”un Müşahidə Şurasının sədri təyin olunub
“CinemaPlus” kinoteatrlar şəbəkəsində rəhbərliyində yeni təyinat olub. 
 
Bu barədə Faktor.az-a “CinemaPlus” kinoteatrlar şəbəkəsindən məlumat verilib.
 
Qeyd olunub ki, “CinemaPlus” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçilərinin ümumi yığıncağının qərarı əsasında Zaur Darabazadə Cəmiyyətin Müşahidə Şurasının sədri seçilib.
 
Qeyd edək ki, 2015-ci ildə Zaur Darabzadə Azərbaycanda regionun ilk müasir texnologiyalarla təchiz edilmiş “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru vəzifəsinə təyin olunub. 
 
2018-ci ildən “CinemaPlus” kinoteatrlar şəbəkəsinin Müşahidə Şurasının üzvü və Biznesin inkişafı departamentinin direktoru olub.








Redaktorun seçimi