Sosial şəbəkədə xalq mahnıları, muğam təbliğ olunur

Hit: 6055
Sosial şəbəkədə xalq mahnıları, muğam təbliğ olunur
Gənclər sosiyal şəbəkədə xalq mahnılarını, muğamı təbliğ edirlər. Layihənin rəhbəri Nicat Müslümov deyir ki, məqsəd ondan ibarətdir ki, Azərbaycan gəncliyinin tarixi musiqilərimizi unutmasının qarşısını almaq, milli dəyərləri təbliğ etməkdir.
 
Bu layihə çərçivəsində sosial şəbəkələrdə "Azərbaycan mədəniyyəti " adlı səhifə yaradılıb, 12 mindən çox ixləyici cəlb edilib.
 
“Mütəmadi olaraq qrupda muğam ustadlarının ifaları, gənc muğam ifaçılarının şəkilləri, xalq mahnılarımızın mətnləri, muğam ifaçılarının televiziyada yayımlanacaq verilişin tarixi və saatı ilə bağlı bilgilər yayımlanır ki, bu da izləyicilərdə maraq yaradıb”.
 
N.Müslümovun sözlərinə görə, bu layihə həm də Azərbaycan gənclərini muğam sənəti ilə bağlı maarifləndirmək deməkdir.
 
“Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan muğamı 2003-cü ildə UNESCO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin Şah Əsərləri siyahısına daxil edilib.
 
Biz gənclər Azərbaycan dövlətinin çalışmalarına, son dərəcə ciddi əhəmiyyət daşıyan əməyinə böyük qiymət, dəstək verməli, dövlətimizin yanında olmalı və bütün imkanlardan istifadə edərək sosial şəbəkədə Azərbaycanı təbliğ etməliyik. Mən gənclərimizi daim dövlətin və cənab Prezident İlham Əliyevin yanında olmağa səsləyirəm”,-Nicat Müslümov bildirib.








Redaktorun seçimi