Azərbaycan milli kinosuna dövlət təhlükəsizliyi kontekstində baxış

Hit: 2751
Azərbaycan milli kinosuna dövlət təhlükəsizliyi kontekstində baxış

Zənnimizcə, dövlətin keşiyində dayanan hərbiçilərimiz, sərhədçilərimiz, xüsusi xidmət və hüquq-mühafizə orqanları əməkdaşlarımız, dövlət qulluqçularımız və digər müxtəlif peşə sahibi olan vətəndaşlarımızın dürüst obrazını yarada biləcək, psixoloji və ideoloji cəhətdən örnək olacaq filmlər çəkilməlidir

Əsaslandırma 
 
Əfsuslar olsun ki, biz 30 ildir müstəqil dövlətik, hələ də sovet ideologiyasın təbliğ edən və qəhrəmanlıq nümunəsini təşviq edən kinolara tamaş edib özümüzü onlara oxşatmağa çalışırıq.
Bu bizim irəliyə getməyimizin təzahürüdür, yoxsa geriyə getdiyimizin təcəssümüdür?!
Ən qədim və böyük xalqların tarixi keçmişinin sanbalını və möhtəşəmliyini bilmək üçün özləri haqqındakı bir filmə baxmaq kifayət edər.
Troya, Böyük İsgəndər, Çingiz xan, Cəsur ürək, Ömər Muxtar və s. bu qəbildəndir.
Təssüf ki, at üstündə heykəllərdən də, filmlərdən də kasadıq.
Amma at igidliyin, şücayət və rəşadətin rəmzi olmaqla, Qarabağın simvollarından sayılır!!!
Milli-ideoloji və maarifləndirici-tərbiyəvi filmlərin ərsəyə gətirilməsi zamanın çağırışı və dövrün tələbləri sırasındadır.
Kino sənayesi hər bir xalqın tarixi-mədəni səlnaməsini yaymaq və məqsədyönlü şəkildə təqdim etmək üçün olduqca strateji vasitədir.
Milli müdafiə və təbliğat üçün ideoloji cəhətdən ən əlverişli sahədir. Sərhədləri rahat şəkildə keçərək xaricdəki soydaşlar ilə yanaşı, digər xalqlara mənəvi-psixoloji təsir göstərə biləcək yumşaq gücdür.
Ölkəmizdə real faktlar əsasında dövlət maraqlarını əks etdirən Detektiv janrda çəkilən filmlərə demək olar ki, rast gəlinmir.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasından 30 ilə yaxın müddət keçməsinə baxmayaraq, Azərbaycan tamaşaçısı Sovet ideologiyasını təbliğ edən və SSRİ dövründə çəkilən filmlərimizi izləməyə məhkumdur.
Bu filmlər dolayısı ilə müstəqilliyi sual altına qoyur və insanları (vətəndaşları) istər-istəməz “Qızıl ordu” həsrətinə kökləyir.
(Qəhrəman obrazlar milli müstəqilliyin konseptinə uyğun gəlmir.)
Cəmiyyətin hiss və həyacanını təsir edən efir məkanı dəvət edilməmiş qonaq kimi, istədiyi qapını döyməmiş rahat içəri girib həyatımızda özməqsədli niyyətini asanlıqla həyata keçirir. İctimaiyyəti yüngül tərzdə idarəetmə və istədiyinə uyğun yönəltməyə sahiblənir.
Buna görədə bu istiqamətdə kompleks tədbirlərin görülməsi ümumi işimizə öz töhfəsini verə bilər.
Bir sözlə, xüsusi xidmət orqanlarının həyata keçirdiyi fəaliyyət və əməliyyətlarda məxfiçiliyi qorumaqla, cəmiyyətə çatdırılması və təlqin etdirilməsi məqsədilə bədiləşdirilmiş müvafiq bədii və sənədli filmlərin çəkilməsi indiki vəziyyətdə mühüm əhəmiyyət daşıyır.
 
Məsələn,
 
İkinci dünya müharibəsi illərində yəhudilərin faşistlər tərəfindən soyqırıma məruz qalması ilə bağlı onlarla film çəkilib və hələ də çəkilir. Bu filmlərlə faşist Almaniyası sərt şəkildə tənqid olunur. Eyni zamanda yəhudilər milli mənafeyini qoruya bilirlər. Təəssüflər olsun ki, Xocalı qətliamı həqiqətlərindən bəhs edən və beynəlxalq festivallara çıxarıla biləcək “Pianist” filmi kimi bir filmimizi indiyə qədər ərsəyə gətirə bilməmişik.
Biz də 70 il Sovet imperiyasının əsarətində qalmışıq və yüzlərlə tarixi şəxsiyyətimiz, şair və yazıçılarımız bu rejimin qurbanı olub, güllələnib, sürgünə göndərilib. Amma yəhudilərdən fərqli olaraq, biz bu gün sadəcə şit komediya filmləri çəkməklə məşğuluq.
1992-1994-cü illər arasında Ermənistan Respublikasının silahlı qüvvələri və digər erməni terrorçu-hərbi birləşmələrinin təcavüzü nəticəsində Azərbaycan Respublikasının iyirmi faizdən artıq ərazisi işğal olunub. 1993-cu ilin aprel ayının 1-dən etibarən təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri və digər erməni terrorçu-hərbi birləşmələri Azərbaycan Respublikasının Kəlbəcər rayonuna genişmiqyaslı hücuma başlayıblar.
Bu hərbi təcavüz və terror aktları zamanı düşmən tərəfindən 6721 khs tezlikdə işləyən yeni radio şəbəkədən istifadə olunaraq, mülki əhaliyə - qadınlara, uşaqlara və qocalara qarşı soyqırımı, kütləvi qətliam və etnik təmizləmə əməliyyatının koordinasiyası və umumi rəhbərlik həyata keçirilib.
Azərbaycanın milli təhlükəsizlik orqanlarının əməliyyat-axtarış tədbirləri nəticəsində 1993-cu il aprelin 6-7-də əldə olunan radio əks-kəşfiyyat materiallarından göründüyü kimi, təcavüzkar Ermənistan Respublikasının Vardenis (Basarkeçər) rayonundakı Ermənistan Respublikasının silahlı qüvvələrinə aid qərargah radiostansiyasından ("QSM-7") Kəlbəcər döyüş bölgəsindəki baş radiostansiyaya ("Uraqan") Azərbaycanın işğal edilmiş ərazisində olan bütün erməni terrorçu-hərbi birləşmələrinin səyyar radiostansiyalarına çatdırmaq üçün təcili əmr verilib. Təcili əmrdə azərbaycanlı mülki əhalinin, o cümlədən əsir və girovların, qadınların, uşaqların və qocaların məhv edilib basdırılması tapşırılıb. Belə tələskənliyə səbəb isə təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələrinin və digər erməni terrorçu-hərbi birləşmələrinin Azərbaycan torpaqlarında törətdikləri ağlasığmaz vəhşiliklərin izlərinin həmin vaxt döyüş bölgəsinə gələn beynəlxalq nümayəndə heyətindən, o cümlədən jurnalistlərdən gizlədilməsi olub.
Təcavüzkar Ermənistan Respublikasının silahlı qüvvələri və digər erməni terrorçu-hərbi birləşmələri tərəfindən Kəlbəcər rayonunun işğalından sonra BMT Təhlükəsizlik Şurası 822 saylı Qətnamə qəbul edib. Qətnamədə təcavüzkar Ermənistan Respublikasının bütün işğalçı qüvvələrinin Kəlbəcər rayonundan və Azərbaycan Respublikasının qəsb edilmiş digər rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin ikili standartlar səbəbindən indiyədək həmin qətnamə yerinə yetirilməyib.
Bu real faktlar əsasında beynəlxalq səviyyəli bir bədii film ekran həllini taparsa, işğalçı Ermənistanın Azərbaycanlılara qarşı əsrlərdir törətdiyi sorqırım siyasətini ifşa etmək olar.
 
Eləcə də Xocalı faciəsinin ayrı-ayrılıqda müxtəlif epizodları üzərində çox seriyalı müharibə filmi çəkmək olar. Aşağıda göstərilən filmlər səviyyəsində.
https://www.youtube.com/watch?v=CRG9s4TD9sk
 
"Düşmən xətlərinin arxasında"«В тылу врага»
İrlandiyalı rejissor John Moore tərəfindən çəkilib. Əsas xarakter 1995-ci ildə Bosniya üzərində vurulan ABŞ Hərbi Hava Qüvvələrinin pilotu Scott namGrady'nin əsl hekayəsindən bəhs edilir. https://www.youtube.com/watch?v=EpIYs8rwM2k “Pianist” - Film Polşanın ötən əsrin 30-cu illərinin ən yaxşı pianoçularından olan Vladislav Şpilmanın tərcümeyi-halına əsaslanır.
 
Beynəlxalq nüfuzu və mövqeləri getdikcə güclənən Azərbaycan regionda liderə, Cənubi Qafqazda gerçəkləşən qlobal miqyaslı enerji-kommunikasiya layihələrinin əsas təminatçısına çevrilib. Azərbaycan bu gün artıq dünya və regional siyasətin formalaşmasına müəyyən mənada təsir etmək imkanlarına malikdir.
Milli təhlükəsizliyin etibarlı qorunmasında, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, cəmiyyətin müxtəlif təmayüllü təsirlərdən mühafizəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Dövlət Təhlükəsizliyi Xidmətinin müstəsna xidmətləri var.
Bu xüsusda, anti-bəşəri təziq və anti-milli təsirlərə qarşı, təhlükəli hadisə və hərəkətlərə adekvat reaksiya verilməsi üçün şüurlu şəkildə təbliğatın aparılmasına ehtiyac vardır.
Narkotiklərin qanunsuz dövriyyəsi hazırda bütün bəşəriyyətin gələcəyini təhdid edən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən biridir. Ən mənfəətli kriminal sahələrdən olan narkobiznesdən əldə olunan gəlirlər digər transmilli cinayətlərə, eləcə də terrorçuluğun maliyyələşdirilməsinə və törədilməsinə yönəldilir.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən aparılan tədqiqatlara əsasən, Azərbaycana qarşı birbaşa narkotiklərdən gələn təhlükənin mənbəyi Əfqanıstanda bu bizneslə məşğul olan narkoşəbəkədir.
 
Son illər ərzində həyata keçirilən əməliyyat-axtarış tədbirləri, eləcə də əldə edilən faktların təhlili Əfqanıstandan Azərbaycana, buradan isə Avropa və dünyanın digər ölkələrinə narkotiklərin daşınması işində kuryer qismində əksər hallarda İran vətəndaşları çıxış edir. Ümumən transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində son dövrlər ciddi irəliləyişə nail olunub. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib, transmilli, mütəşəkkil cinayətkar dəstələrin İran-Azərbaycan, Dağlıq Qarabağ-İran-Azərbaycan, İran-Azərbaycan-Rusiya- Yaponiya, İran-Azərbaycan- Gürcüstan-Avropa marşrutları ilə narkotiklərin daşınması hallarının aşkarlanması üzrə məqsədyönlü iş davam etdirilib, cinayətkarlardan külli miqdarda narkotik vasitələr götürülüb.
Qlobal təhdidlər əsasən beynəlxalq terrorçu təşkilatlardan, transmilli cinayətkar birləşmələrdən, habelə geostrateji maraqları toqquşan, enerjidaşıyıcılara və kommunikasiya xətlərinə nəzarət üstündə rəqabət aparan bəzi dairələrdən gəlir. Regionda Şərqlə Qərbi qovuşduran geostrateji tranzit xətlərinin, beynəlxalq enerji layihələrinin əsas təminatçısına çevrilən Azərbaycan üçün bu təhdidlər ikiqat ağırlığı ilə səciyyəvidir.
Şübhəsiz, ölkəmizin neft strategiyasının müvəffəqiyyətlə gerçəkləşdirilməsi və iqtisadiyyatın davamlı inkişafı regionda sabitliyin pozulmasına çalışan bir sıra dairələri və destruktiv qüvvələri daim narahat edir.
 
Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ və ətraf ərazilərdə - yerli və beynəlxalq yurisdiksiyadan kənar "boz zonalar"da narkotiklərin becərilməsi, emalı və daşınması, habelə bunun qarşısının alınması məqsədilə beynəlxalq ictimaiyyətin səylərini artırmasının zəruriliyi barədə Azərbaycan tərəfindən dəfələrlə bəyanatlar səsləndirilib.
 
DTX-nın transmilli mütəşəkkil cinayətkarlığa qarşı həyata keçirdiyi bir sıra örnək əməliyyatlarından çoxseriyalı Detektiv filmlər çəkmək mümkündür. Olduqca effektiv nəticə verə bilər.
 
(Detektiv - xəfiyyə, hüquq-mühafizə, cinayət tematikasına aid olan film janrıdır. Detektiv filmi cinayətlərin və dövlət əleyhinə cinayətkarlığın təhqiqindən, eləcə də kəşfiyyatçıların fəaliyyətindən bəhs edən kino sənəti əsəridir.)
Prototipi - Rusiyanın NTV kanalında yayımlanan “Морские Дьяволы” - “Dəniz şeytanları”.
Serialda Rusiyanın elit döyüşçü dəstələrinin transmilli mütəşəkkil cinayətkarlığa və terrorçuluğa qarşı mübarizəyə həsr edilən qəhrəmanlıq dastanlarından söhbət açılır.
Bu kimi, çoxlu sayda psixoloji və ideoloji əsərləri - təbliğat və təşviqat materiallarını göstərə bilərik.
 
Yəhya Babanlı,
 
Tarix üzrə fəlsəfə doktoru








Redaktorun seçimi