Gülnarə Xəlilovanın bu gün doğum günüdür

Hit: 2317
Gülnarə Xəlilovanın bu gün doğum günüdür

«Gülnarə Xəlilova MODA EVİ»-nin təsisçisi, modelyer-dizayner, teatr və kino rəssamı, sənətşünas Gülnarə Xəlilovanın bu gün doğum günüdür.

Faktor.az xatırladır ki, Gülnarə Vidadi qızı Xəlilova 1972-ci ildə 3 iyun tarixində Bakı şəhərində anadan olub. Ümumi orta təhsilini Xətai rayonundakı 260 nömrəli məktəbdə medalla başa vurmuşdur. 1989-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinə daxil olmuşdur. Ali təhsil aldıqdan sonra pedaqoji fəaliyyətə başlamışdır.

Pedoqoji fəaliyyətlə paralel olaraq modelyer-dizayner kimi fəaliyyət göstərən Gülnarə Xəlilova 2002-ci ildən başlayaraq Respublika və Beynəlxalq miqyaslı sərgilərdə, elmi konfranslarda yaradcılıq işləri və onların mahiyyətini açıqlayan məruzələrlə çıxış etmişdir. 2008-ci ildən Azərbaycan Dövlət Musiqili Komediya Teatrında modelyer-rəssam vəzifəsində çalışır. Elə həmin ildən 2012-ci ilədək Azərbaycan Milli Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun dissertantı kimi müasir folklor qruplarında milli geyim ənənələri üzrə tədqiqat aparmışdır. 2009-cu ilin iyul ayında SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası İctimai Birliyi tərəfindən Bakıda keçirilən “Milli geyimlər və müasir modada ümumilik” problemi ilə bağlı beynəlxalq simpoziumda “XIX əsr Azərbaycan geyimlərinin forma və növçeşidliyi” mözvusunda məruzə ilə çıxış etmişdir. 2010-cu ilin iyun ayında isə Ankara şəhərində keçirilən Beynəlxalq Ənənəvi Moda Nümayişi və sərgisində onun hazırladığı milli geyimlər nümayiş etdirilmiş, “Azərbaycanın qədim geyim mədəniyyəti” mövzusunda məruzəsi dinlənilmişdir. Gülnarə Xəlilova 2013-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında dissertasiya müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.

Modelyer kimi fəaliyyət göstərdiyi dövrdə Mədəniyyət və Turizm Nazirliyi, digər qurumlar tərəfindən keçirilən müsabiqələrdə, tədbirlərdə iştirak etmiş, dəfərlərlə mükafatlarla, fəxri adlarla təltif olunmuşdur. Gülnarə Xalilova geyim ənənələrinə, o cümlədən milli geyim tariximizə həsr olunmuş bir necə kitabların və kataloqların müəllifidir. 2005-ci ildən indiyədək Heydər Əliyev fondunun və Azərbaycan Dövlət Televiziya Şirketinin  birğə layihələri əsasında kecirilən muqam ifaçılığı müsabiqələrinin aparıcılarının milli geyimlərinin tərtibatını vermiş, bu möhtəşəm tədbirlərin uğurla başa çatması naminə səylə çalışmışdır.

 
Mükafatları
"İlin paltarı" (Bakı, 2002)
"Bakı Payızı" (Bakı, 2002)
"Mətbuatın Dostu" (Bakı, 2006, 2010)
"İlin İşgüzar Xanımı" (Bakı, 2007,2009,2010)
"İlin Dəbli Personası" (Bakı, 2007,2008,2012)
"İlin Modelyeri" (Bakı, 2007)
"Uğur Zirvəsi" (Bakı, 2009)
"Qızıl Buta" (Bakı,2012)
"Azərbaycan Bayrağı" (Bakı, 2011)
"İlin Ən Gözəl Ziyafət Geyimi" (Çin Xalq Respublikası, 2010)
"İlin Ən Yaxşı Modelyeri" (Kəmər, Türkiyə, 2012)
"The First" (Bakı, Azərbaycan, 2011,2012,2013)








Redaktorun seçimi