Ürək neynəsin?!

Hit: 4837
Ürək neynəsin?!
Səni sərt küləklər aldı əlimdən,
Fələyin işidir, külək neynəsin?!
Mənim də taleyim belə gətirib,
Qismətim belədir, fələk neynəsin?!
 
Həsrətin qəlbimi yandırıb-yaxıb,
Gözümün yaşı da sel kimi axıb.
Bu könlüm, a zalım, yaman darıxıb,
Dərdinə dözməyən ürək neynəsin?!
 
Hər eşqin, seviginin ayrıdır dərdi,
Dərd var ki bir günə gəlib, gedərdi.
Səninlə keçməyən ömür hədərdi,
Sənə dərmədiyim çiçək neynəsin?!

Anar Məcidzadə








Redaktorun seçimi