Türk şairi Gültəkin Əmrə ilə - MÜSAHİBƏ

Hit: 4288
Türk şairi Gültəkin Əmrə ilə - MÜSAHİBƏ

Gültəkin Əmrə 1951-ci ildə Türkiyənin Konya şəhərində dünyaya gəlib. Ankara unversitetinin rüs dili və ədəbiyyatı bölümünü bitirib. Bir çox şeir kitablarının müəllifidir. 1980-ci ildən etibarən Almaniyanın Berlin şəhərində yaşayır. Türkiyə ədəbiyyatını bir çox beynəlxalq şeir toplantılarında təmsil edib. Bir çox mükafatlar alıb. Şeir kitablarıyla yanaşı türk şairlərindən oluşan şeir almanaxları da çap etdirib. Ədəbiyyat dərgiləri təsis edib və yönəldib. Olduqca maraqlı bir şairdir.

Suallar internet üzərinən yönəldilib. Gültəkin Əmrənin həm müsahibəsinin, həm də şeirlərinin Ulduz”un oxucuları üçün maraqlı olacağına inanırıq. Nədənsə türk şeirinin Nâzim Hikmətin ötəsinə geçmədiyi bizlərdə olduqca yayğın bir düşüncə halına gəlib. Doğrudanmı, türk şeirindəki vəziyyət bu şəkildədir?

Belə bir düşüncə doğru deyil. Nâzım Hikmət türk şeirinin baştacı bir şairdir. Amma onu aşmaq səhv bir düşüncədir, məncə. Çünki türk şeirinin başladığı bir yol var ki, onunla donup qalmadı. Necə ki, rus şeiri Puşqinlə, Mayakovskiylə, Lermontovla, Yevtuşenkoyla, Anna Axmatovayla dayanmadı, donub qalmadısa, bu şairlərdən sonra da Rusiya davamlı olaraq böyük şairlər ortaya çıxardı . Türk şeiri də Nâzım Hikmətdən güc alaraq, onun açdığı yoldan yürüyən Dağlarca, Camal Sürəyya, Turgut Uyar, Ədip Cansevər, Atillâ İlhan, İlhan Bərk, Oktay Rifat, Orxan Vəli, Hasan Hüseyin, Ahmət Arif, Gültən Akın... kimi şairlər şeirimizin təməl daşı, yəni onurğa sütunu oldular. Sizə görə, türk şeiri ilk moderin atılımını kimlə, kimlərlə və nə zaman gerçəkləşdirdi? Sizə görə, ( təbii, nəzəri baxımdan) türk ədəbiyyatı dərsliklərindəki bu yöndə yazılan fikirlər keçərlidirmi? Türk şeiri Tanzimatla (moderinləşmə və yeniləşmə dönəmi) başlayan yeniləşmə hərəkatından da təsirləndi. Tofiq Fikrət, şeirlərində ifadə elədiyi sossial mövzularla ölkənin problemlərinə üstünlük verməklə ilk sıralarda gəlir.

Sonra Əhməd Haşim, modern (müasir) şeirin quruluşunda xərcləndi.1940-cı illərin şairləri İkinci Dünya müharibəsinə, Hitler faşizminə qarşı şeirləri ilə mübarizə aparmağa çalışdılar. Türk şeiri beynəlxalq şeir arenasında olduqca güclü şairləri ilə boy göstərəcək qədər güclü bir şeirdir. Türk şeiri sanki bəlli bir dönəmdən sonra şeiriyyətdən uzaqlaşdı kimi görünür. Əsas da dil və texniq baxımından bu söylədiklərimi bildirmək istəyirəm. Çünki 100 sənəlik bir neçə türk şeir antologiyasıyla tanış olduqdan sonra sanki bu qədər şeirləri (haqsızlıq olmasın) 3 - 4 şair yazmış kimi bir təsir bağışlayır. Ola bilsin səhv edirəm, amma şeir mətnləri, onlardakı üslub, ifadə özəlliyi bu fikirləri söyləməyimi təlqin edir. Türk şeiri heç bir vaxt şeirdən uzaqlaşmadı, şeirin daha çox içində oldu. Yazılan hər bir şeir, şeir dünyamızı zənginləşdirdi, gün keçdikcə daha da zənginləşdirir. Şeir dünyamızın pəncərəsi, daha doğrusu, əhatə dairəsi daha da genişləndi. Misal üçün, eksperimental şeirdən epik şeirinə, lirik şeirdən insanın iç dünyasını ortaya qoyan şeirlərə, ölkənin problemlərini mahiyyətində ağırlayan şeirdən müasir insanın dünyasına yol tapan şeirləri kim unuda bilər? Məhmət H.Doğanın hazırladığı “Yüz ilin Türk Şeiri Antologiyası” 3 cilitdir. Əgər sizin dediyiniz kimi, bu qədər şeiri 3-4 şair yazmış olsaydı, bu həcmdə bir antologiya hazırlmaq mümükün idimi? Ya da bu qədər şairdən gələcəyə 3-4 şairin qalacağına inanmaq nə qədər inandırıcı ola bilər ki? Bu antologiyada yer alan şairlər türk şeirinin vazkeçilməz imzalarıdır. Şeirimizə bu imzaların hər biri bir daş qoymuşdur ki, onların sayəsində şeirimiz bu günə qədər inkişaf edərək, genişlənərək, böyüyüərək gəlib çıxmışdır. Çağdaş türk şeiri Türkiyənin yaşadığı sorunları təməlli olaraq ifadə edirmi? Yəni dünyanın harasındasa bu şeirləri oxuyan bir yad, yabançı bu şeirlərin türk xalqına mənsubluğunu hiss edə bilirmi?

Töfik Fikrət, Nâzım Hikmet, Dağlarca, Əhmət Arif, Həsən Hüseyin, Turgut Uyar, Ədip Cansevər, Ülkü Tamər, Atillâ İlhan, Məlih Cövdət Anday, Oktay Rifat, Orxan Vəli, Behçət Nəcatigil, Cahit Küləbi... ve başqa şairlərimizin şeirleri özbəöz türk şeiridir. Başqa dillərə çevrildiklərində bu şairlər, əlbətdə, oxucu oxuduğu şeirlərdə Türkiyəyi, Türk toplumunu və xalqını görür, tapır. Hər şair içində yaşadığı topluma güzgü tutur. Hər şeir içində doğulduğu toplumun, insanın, toplumsal sorunlarının güzgüsüdür. Çağdaş türk şeiri və ümumən, ədəbiyyatı hansı cərəyanların daha çox təsirində qaldı, yaxut hələ də təsirini davam etdirməyindədir? Çağdaş türk şeirinə gedən yolda Tənzimatdan sonra fransız şeiri təsirli olmuşdur.

Sonra ikinci Dünya müharibəsinin qaranlıq illərində türk insanının yanında 40-cı illərin ədəbi nəslinin şairləri yer almışdır. Qərib qurşağında Orxan Vəli, Oktay Rifat və Məlih Cövdət də “şairanəlyə” qarşı çılpaq şeirlərlə günlük yaşamı, sıradan insanların dünyasını ələ aldılar. 1950 - ci illərdə boy verən ikinci yeni cərəyanın şairləri Fransız Gerçəküstücülərdən təsirləndilər. Yəni İlhan Berk, Turgut Uyar, Cəmal Sürəyya, Edip Cansevər və başqaları. 1960 - cı illərin ədəbi nəslinə mənsub şairlər isə sossialist dünyagörüşünün işığında şeir yazdılar. 1970 - ci illərin ədəbi nəslini təmsil edən şairləri də faşizmə qarşı duran şeirlərlə xalqın yanında dayandılar. Əlbəttə, türk şeiri fransız şeirindən təsirləndiyi kimi, Rus şairlərindən də, Amerika şairlərindən də, ingiliz şairlərindən də təsirlənmişdir. Orta məktəb ədəbiyyat dərsliklərində yer alan mətinlər, yazılar, parçalar, örnəklər bir ədəbiyyat nümunəsi kimi sizi qane edirmi? Örta məktəbin ədəbiyyat dəsliklərində seçilən mətnlərin, şeirlərin çağdaş türk şeirini yetərincə təmsil etmədiyini hər kəs bilir. Iqtidar dindar bir gənclik yetişdirmək dərdindədir. İmam Xətib məktəbləri ilə müasir bir təhsil verilə bilərmi? Verilmədiyi haqqında müxtəlif imtahan nəticələrinə baxaraq deyən bir çox uzmanın yazısını, bu barədə raporunu oxudum.

Sanki indi sizlərdə romançılıq, proza anlayışı şeirin önünə keçmiş kimi görünür. Bu ədəbi gedişat nə ilə bağlıdır? Elə bir şey yoxdur. Məncə, romançılıq, hekayəçilik öz yolunda sağlam addımlarla irəliləyir. Şeirin önünə nə roman, nə hekayyə keçə bilər. Şeir bütünlüklə var olan sənətin qollarının anasıdır. Hekayə və romanlar da şeirdən, şeirin dilindən qidalanır. Əlbəttə, rəsm də, musuqu də, teatır da, araşdırma da şeirsiz heç nə edə bilməz. Yaşar Kamal, Orxan Pamuq, böyük romançıdırlar. Bunların yaratdığı əsərlər şeirin önünə necə keçə bilər? Yaşar Kamalın əsərlərində nə çox şeiriyyət vardır. Şeirdən nə qədər bəsləndiyini görə bilərsiniz. Hhekayədə də Səit Faiq, Orxan Kamal, Tomris Uyar, Dəmir Özlü, Fərit Ədgü, Ülki Ağtunc…və..s. daha neçələri hekayələrini şeirlə yoğurmuşdur. Bu isə onların yazdığı əsərlərin şeirin önünə keçdiyini göstərməz. Sizcə, Türk ədəbiyyatında bu gün sağ, sol kəsim deyə biləcəyiniz bir kəsim varmı? Belə bir mənzərə ilə qarşılaşmaq mümkünmü? Sağ, sol kəsim həmişə olub və olacaq da. Sağ kəsim başqa bir sahədə gəzişir. Sol kəsim isə ölkənin problemləriylə insanın gündəlik həyatı və gələcəyini özünə dərd edir. Günümüzdə solçu yazarların yanında sağ kəsim (daha doğrusu dindar) yazarlar da kitab çap etdirirlər. Sağ kəsimin jurnalları, şairləri, yazarları, yayınevləri var. Toplumumuzda dindarlıq anlayışı getdikcə önə çıxarılmağa çalışılır. Niyə dövlətlərimiz ortaq yöndə bir araya gələ bilərkən, hələ də türkdilli toplumların yazarlarının görünən, bilinən şəkildə bir araya gəlişləri mövzubəhsi deyil? Yoxsa o böyüklükdə şair və yazarlarımız yetişmədimi? Dövlətlər öz siyasi, ekonomik xeyirləri üçün bir araya gələrkən, sənətçiləri, yazarları bir araya gətirmək mövzusunda elə də istəkli olduqları görünmür nədənsə. Ancaq sənətkarlar da bir araya gələ bilməli, ortaq bir dil ətrafında birlikdə sənət yönündə qarşılıqlı münasibətlərini davam etdirməlidirlər. Ortaq mövzularda sənətsəl proyektlərdə bir çox gözəl işlərə imza ata bilərlər. Ortaq şeir günləri, ortaq panellər, konfranslar, şölənlər, sərgilər, eləcə də dərgilər, yayınevləri qurula biləcəyini düşünürəm. Bu günkü dünya nizamında “ortaq türk şeiri”, “ortaq türk ədəbiyyatı” kimi məsələlər gündəmə gətirmək necə bir duyğu və ya necə bir anlayışdır? Bu ifadələr, qavramlar sizlər üçün bir şey ifadə edirmi? Bilmirəm Ortaq Türk Şeiri necə olar? Ortaq ədəbiyyat necə yaranır? Əlbəttə, bu cür qapsamlı düşüncələr üçün müxtəlif toplantılar keçirilməlidir. Fərqli fikirlərin işığında ortaq mövzular, ortaq dil yaratma yoluna baş vurmaq mümkündür. Bəlkə də baş tuta bilməyəcək şey deyil.

Ancaq mövzunu yaxşı araşdırmaq, geniş şəkildə çözələmək lazımdır. Təbii ki, bu məsələnin gələcəkdə hansı məqsədə xidmət edəcəyini müəyyən edərkən MÖVZUNU daha gözəl bilmək mümkün olacaq. Son 10 ildən artıqdır izləyirəm, sizdə də, bizdə də ədəbiyyatı biznesə çevirən, pulla dəyiş - düyüş salanlar, ədəbiyyatın bazarlığını edənlər ortalıqda dolaşırlar. Konfranslar, panellər, şölənlər həyata keçirilir. Olduqca biabırçı şəkildə hər iki tərəfədən də ciddi yazarları görmək mükün deyil. Siz bu mövzuda nə deyə bilərsiniz? Ortalıq mənə görə, toz - dumandır. Ədəbiyyatdan, sənətdən başqa hər şeyin dalınca qaçırlar. Hansı ki, sənətin, ədəbiyyatın gücü xalqlar, yazarlar arasında təsirini göstərə bilməz. Yazarlar,şairlər, sənətçilər daha çox tez - tez bir araya gələ bilərlər.Yazarlarımız qarşılıqlı tez - tez görüş, danışıq imkanları əldə edə bilsələr, daha çox şey qazana bilərik. Kütləvi mədəniyyət bilərəkdən qalıcı, təsirli bütün sənət yönümlü işlərin , cəhdlərin önünə keçirilir.Hansı ki, sənin də dediyin kimi, ədəbiyyat, sənət adına başqa bazarlar açılır. Şairlər, yazarlar, sənətçilər əsərləri ilə həmişə təsir edici gücə sahib olmuşdurlar.

Nazim Hikmətin təsiri hələ də davam edir. Puşkinin, Mayakovskinin, Nerudanın, Lorkanın, Araqonun da eləcə.Sənətçilərin bir araya gəlməsindən, ortaq düşüncələr və əsərlər yaratmalarından ancaq xalqların qazana biləcəyinə inanıram. Çünki sənət insanlığın pisliyi üçün deyil, yaxşılığı üçün və gələcəyin daha yaxşı olması üçün vardır. Yazışdı: Xanəmir ** Gültəkin Əmrənin ŞEİRLƏRİ DAHA MAVİ Gilasın kölgəsi, əlimin güngörmüş günəşi Tutun tərli ovcu, uzun dili gilənarın Sənin adalı üzün, bitməyən yuxum mənim Bax bu dərin, sərt görüş dərindədir sənin. Mahnı oxuyur narlar axıdaraq qanını Evlər necə xaraba necə dağınıq belə Dənizdə qayıqlarda bayram sevinci elə Qəzetlərdə sahildə boğulmuş üzmə halqaları Azğın rüzgarlara qapılır sərçələr də Güllə izi, quş baxışı, hey hara belə Xəyalımdakı çapıq şəhadət barmağımın ərköyünüdür Nə edim necə edim necə qısaldım yolu, haydı haydı ölümə Bu xəritədə canından bezmiş alça ağacı O torpaqlarda həyat sevincini itirmiş şaftalı Bu bölgədə yanaqları solmuş bəti-bənzi atmış alma Bu qəsəbədə aşiq olmuş məğlub əncir Harda görmüşdüm beli belə bükülmüş zeytun Yox artıq gəncliyini axtaran yorğun üzüm Bu xorla ayaqlaşan həyat deyilməz həyata. Sonra o heç bir şeyə oxşamayan buludlar uçdular da getdilər Daha mavi başqa bir göy aramağa Sonra yudu o günəş saçlarını bu bənövşəyi dənizdə Sütül gənc kəfənini geydi gecənin,inci taxdı dişinə Sonra batıq gəmi də qopardı ipini günlərimin Lövbər salmış, paslanmış tənhalığa yol verib Sonra da gerçək oldu o ada, nərgislərə boğuldu Qurtuldu gizli tələlərdən, qaranlığın qəhrindən Təkcə bir axşam deyil birlikdə sahildə oturub gecəni gözləməyimiz Təkcə bir göz deyil sənin keçmişinə pəncərə olan kirpiyindəki göy üzü Təkcə bir küçə deyil sənin əllərinə sığınan gül qurusu axşamüstləri Təkcə bir şimşək deyil saçlarını darayan küləyin pıçıltısı Bu sarsılmış tənhalıq elə bəsimidir mənim VƏ REYHAN Balıqçı körfəzi Çoxadalı bir dəniz, gözlərin, dəri fəsil Günəşin şüası, qağayı qanadı günbatarkən Balıqçıların həmişə balıq gördüyü röyalar Təknələr ah çəkir axşamın qoynundan Sahildə evlərin paramparça işıqları Dağın yamacında beli bükülümüş kölgələr Yorğun pəncərələrdə günün solğun əksləri Qalxır ayağa balkonda yeni bir axşam Lövbər salır uzun bir gecə Keçən il necə isə elə Hələ doğulmayıbdı röyalarımız Hərflərimizə, hecalarımıza Radioların səsi alınmış, yollar dağınıq Yağış çətirsiz, qağayılar üfüqdə Yay keçdi, payız keçir, qış qapıda. Səsin çağırır məni, gözlərin, əllərin, Sən salmısan qürbətə, mən hər şeyin qürbəti Ətrafımızda qaranquşlar süzüb durur mahnı oxuyuram, ölü balıqlar, bunu düşünməli qağayılar meyxanəyə gedərmi, bu da önəmli şərab içək, balıq yeyək elə isə xəyallarımızı gözləməyək. YUXU Dalğalar döyəcləyir qayaları, qayaları Gün batmaq hayındadır həm də təlaşlı Üzün çiçək tarlasıdır elə bil Bir qağayı gəlir, sanki Qafdağının zümrüdü ankasıdır Qanadları böyük, gözləri iki quş balasıdır “ minin deyir, tez olun minin, qürubun qəlbinə Aparacam sizi, Aparacam cənnətə” Qürubun gözünə axırıq Altımızda təknələr, talalar,dalğalar, axşamın işıqları Yuxuların sonuna yaxınlaşırıq Günün solduğu axşama sarılırıq Qalxıram, qaranlıq pəncərəmə söykənərək Sən yoxsan, qaranlıq artmış, yuxuma nə oldu Sən hardasan, haradır bura, qalındır qaranlıq QAĞAYI Açdı masmavi dəsmalını dalğalara batıb çıxan sildi günəşin alqırmızı kürəyini gümüş qanadlarıyla Baxçası gözəl evə gəlib qonar incə bir kölgə Bax bunu heç unutma ki ömrün uzun olsun Səninlə yolum olsun sahillə dəniz arasında Qayalar balıq yatağı, günəş sevdalısı axşamüstləri Gecəmizi öpən bir balıqçı təknəsi Dərin Ağ dənizdə səssiz bir ada. Bir limansan sən, sığındığım Yelçiçəyim, gilavarım, axan ulduzumsan Qağayı, qarşı sahilin dəniz qızıdır Yuvası Simirni BAXÇA Qəhvəxananın önündə avtobusdan düşdüm Ilk gördüyüm qağayımızdı, təngənəfəsə Seyr etdim uzaqdan dənizə doğru uçuşunu Yüksəlib enməsini seyr etdim Axşam bazarının yerində yellər əsirdi O taya keçdim, nə görsəm… Bağlanırmış həmişə alver etdiyimiz market Göyərtilər, meyvələr, dağılmışdır nə varsa Məyus oldum Yoxluğuma dözməmiş sanki burda heç bir şey Sonra baxdım baxçaya Heyvaların bizi gözləmədiyini gördüm Vəfasız heyvalar deyə keçdi içimdən. Baxçanın qapısındakı yasəmənlərin Qoxusuna dartındım. Şəkli yoxdur O gözəl son oktyabr axşamının Baxçadan dərəyə əyilmiş narı qopardığımızın Ama mən xatırladım o solğun günü Bilirəm ki limonlar həmişə vəfasızdır Bir baxdım ki qurtarıb narlar da. Qapını açmaq üçün xeyli əlləşdim Kilidi yağlamaq lazımdır Evdən çıxmadan yağlaram dedim, amma unutdum. Otaqlarda heç vaxt keçməmiş kimiydi Hər şey yerli yerindəydi Sanki elə indicə çıxmışdıq evdən. Hava təzəcə başlayırdı qaralmağa

Türkiyə türkcəsindən uyğulayan: Ayişə Nəbi









Redaktorun seçimi