"İnsanları düşündürəcək şer" - VİDEO

Hit: 2986
"İnsanları düşündürəcək şer" - VİDEO
Faktor.az  bədii yazıları və tərcümələri ilə mətbuatda tez-tez çıxış edən, tanınmış tərcüməçi və yazar Sevil Gültənin şerlərindən birini təqdim edir.


Qeyd edək ki, Nuriyeva Sevil Məmməd qızı ( Sevil Gültən) 1961-ci il aprel ayının 22-də - Zərdab rayonunun Təzəkənd kəndində sadə kəndli ailəsində anadan olub. 1978-ci ildə orta məkəbi bitirib və həmin il Xarici Dillər İnstitutunun ( hazırkı Azərbaycan Dillər Universiteti) ingilis-dili fakültəsinə qəbul olub. Gənc yaşlarından şeir yazır. İlk yazıları Zərdab rayonunda nəşr olunan” Pambıqçı” (indiki “Əkinçi”) qəzetində çap olunub. Özün tərcüməçi kimi ilk dəfə tələbəlik illərində sınayıb. Birinci kursda oxuduğu vaxtdan tərcümə etdiyi kiçik hekayələr institutun “Bilik” qəzetində çap edilib.

4 kitabı çap olunub, bir neçə elektron kitabı var. İngilis və azərbaycan dillərinə tərcümə etdiyi kitabların sayı 100-ə yaxındır. Müxtəlif müəlliflərin 150-dən çox hekayəsini ingilis dilindən azərbaycancaya tərcümə edib. Çoxsaylı esselərin, hekayələrin, publisistik məqalələrin müəllifidir.
 








Redaktorun seçimi