Füzuli Dövlət Dram Teatrı Prezidentin çağırışına qoşuldu

Hit: 3061
Füzuli Dövlət Dram Teatrı Prezidentin çağırışına qoşuldu
Füzuli Dövlət Dram Teatrı Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürülməsi təşəbbüsünə qoşulub.
 
Bu barədə Faktor.az-a qurumun mətbuat xidmətindən bildirilib.
 
Məlumata görə, Füzuli Dövlət Dram Teatrı Azərbaycan Respublikası Prezidentinin 19 mart 2020-ci il tarixli "Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
 
Qeyd edək ki, Füzuli Dövlət Teatrının kollektivi koronavirusla mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabinetinin qərarlarına və tövsiyələrinə ciddi riayət edir. Həmçinin, COVID-19 virusunun Azərbaycan ərazisində geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində həyata keçirilə tədbirləri yüksək qiymətləndirir.








Redaktorun seçimi