Beynəlxalq Türk Dünyası Elm və Mədəniyyət Şənliyi keçirilib - FOTOLAR

Hit: 2893
Beynəlxalq Türk Dünyası Elm və Mədəniyyət Şənliyi keçirilib - FOTOLAR
Martın  5-7-sində qardaş Türkiyənin  Ankara şəhərində  Beynəlxalq Türk Dünyası Elm və Mədəniyyət Şənliyi keçirilib. Məlumat üçün bildirək ki, tədbir Türk Dünyası Uşaq Vəqfi (TDÇV) tərəfindən düzənlənmişdir. Olduqca geniş şəkildə təşkil olunan bu elmi tədbir 3 gün boyunca davam edib. Bu tədbirə dünyanın 20 ölkəsindən 90 - dan çox layihə təqdim edilmişdi. Ən maraqlısı odur ki, bu möhtəşəm şənliyə Azərbaycan gəncləri də qatılıblar. Xatırladaq ki, tədbirin mahiyyəti türk dünyasının az yaşlı elm fədailərini növbəti səfər də Türkiyədə görüşdürmək, onların kəşflərini, ixtiralarını dəyərləndirmək və bu gələcəyin alimlərini ixtiralarına görə qürurlandırıb həvəsləndirməkdən ibarətdir. Azərbaycandan gənc alimlərdən  Mələk Dəmir və Şükufə Quluzadə də öz icadları ilə tədbirə xüsusi rəng qataraq iştirak etmişdirlər. 5000 məktəblinin arasında  100 - yə düşən Azərbaycanlı ixtiraçı ölkəmizi təmsil ediblər. Qeyd etdi ki, bu tədbirə qatılmaq, yəni öz işlərinlə düşmək olduqca çətindir. Gənclərimiz bunu başardılar. Olduqca yükcək səviyyədə keçirilən tədbirlə ilgili məlumat verən layihənin rəhbəri Elvina Dəmir gənc alimlərimizin ixtiralarının mahiyyətindən danışdı. 
Gənclərin kəşfləri barədə layihə rəhbəri Elvina Dəmir məlumat verdi ki, gənclərimizin ixtira etdiyi cihaz maraqlı qarşılandı.Heyvanlar maşınların motoruna, təkərin altına, qruşitelin içinə girdiyində bu cihaz anında zəng çalır, xəbərdarlıq edir. Sürücü isə anlayır ki, burda həyatı təhlükədə olan canlı var. Beləliklə, heyvanlar zərər görmür. 
Elvina xanım gələcəkdə keçiriləcək bu cür  tətdbirlərdə Azərbaycan gənclərinin daha çox yaxından iştirak etməsinin arzu etdiyini bildirdi.
Yəqin ki,Vəqf, gələcəkdə bu sıradan olan nöbəti tədbirini türk dünyasının hər hansı bir ölkəsində keçirəcək.
 
 
1
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi