Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib

Hit: 2345
Xalq şairi Zəlimxan Yaqubun 70 illik yubileyi qeyd edilib
AMEA-nın N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran regional filialında tanınmış ictimai xadim, Azərbaycanın Xalq şairi Zəlimxan Yaqubun anadan olmasının 70 illiyi münasibətilə tədbir keçirilib.
 
Tədbiri giriş sözü ilə açan muzeyin Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı şairin xalqımıza məxsus mənəvi dəyərləri, folklor yaradıcılığı ənənələrini qoruyub saxlayan, ədəbiyyatımızda irsilik ideyasını tərənnüm edən yaradıcılığından bəhs edib. Bildirib ki, Zəlimxan Yaqub təkcə Azərbaycanın deyil, bütün türk dünyasının sevilən şairi idi.
 
Sonra Zəlimxan Yaqubun həyat və yaradıcılığını əks etdirən qısa sənədli film nümayiş olunub.
 
Tədbirdə Karrar qəsəbəsi tam orta məktəbin dil-ədəbiyyat müəllimi Şəfəq Ağayeva “Zəlimxan Yaqub və xalq yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edərək, şairin mənəvi xəzinəmizə bəxş etdiyi poeziya incilərindən söz açıb. Qeyd edib ki, xalqın mübarizə ruhunun, milli təəssübkeşlik və vətənpərvərlik hisslərlənin ictimai-estetik düşüncəyə uyğun bədii-emosional ifadəsi Z.Yaqubun əsərlərini səciyyələndirən əsas amillərdəndir.
 
Daha sonra muzeyin əməkdaşı Tofiq Abdullayev, yazıçı-publisist Əlisəfa Azayev, Ağaməhəmməd Hacıyev Azərbaycan poeziyasında öz dəst-xətti ilə seçilən Zəlimxan Yaqub haqqında xatirələrini bölüşüblər.
 
Sonda şairin poeziyasından nümunələr səsləndirilib.







Redaktorun seçimi