Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar nəşr olunub

Hit: 2600
Mədəniyyət Nazirliyinin dəstəyi ilə yeni kitablar nəşr olunub
Mədəniyyət Nazirliyinin dəstəyi ilə görkəmli Azərbaycan şairi Səməd Mənsurun yaradıcılığı və əsərlərindən bəhs edən “Şeirlər. Felyetonlar. Pyeslər”  adlı kitab  işıq üzü görüb. Kitaba görkəmli şairin müxtəlif illərdə qələmə aldığı, sağlığında dövri mətbuat orqanlarında çap olunmuş şeirləri, felyetonları və pyesləri ilə bərabər, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunan və şairin çap edilmiş kitablarına düşməyən əsərləri də daxil edilib. Kitab “Şərq-Qərb” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
 
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Bərpanəşr” layihəsi çərçivəsində çap olunan “Искусство Азербайджана II” adlı kitab nəşr olunub. Kitabda orta əsrlərdə Azərbaycanda yaradılmış görkəmli memarlıq abidələri, musiqi mədəniyyətimizin tarixi və incəsənətimizin zəngin nümünələri haqqında bəhs edilir. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
 
Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “Azərbaycan Violonçel İnciləri” adlı kitab Azərbaycan Demokratik Respublikasının 100 illiyinə, Qara Qarayevin anadan olmasının 100 illiyinə və Sabir Əliyevin 90 illik yubileyinə həsr olunub. İki cilddən ibarət “Azərbaycan Violonçel  İnciləri” adlı məcmuənin I-ci cildi ən nüfuzlu müsabiqələrdə ifa olunan, geniş yaradıcı palitranı özündə əks etdirən əsərlər toplusudur. Kitab “Renessans-A” nəşriyyatında yüksək poliqrafik keyfiyyətlə çap edilib.
 
Kitablar Mədəniyyət Nazirliyinin tabeçiliyində olan kütləvi kitabxanalara və musiqi məktəblərinə paylanılacaq.








Redaktorun seçimi