Suvenir müsabiqəsinin vaxtı uzadılıb

Hit: 2781
Suvenir müsabiqəsinin vaxtı uzadılıb
Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) təşkilatçılığı ilə Formula 1 Azərbaycan Qran Prisinin 5 illiyinə həsr olunmuş əl işləri və suvenir müsabiqəsi fevralın 15-dək davam edəcək. 
 
Müsabiqəyə qoşulmaq istəyənlər [email protected] ünvanına yazaraq müraciət etməlidirlər. Bütün müraciətçilərə iştirak forması göndəriləcək və iştirakçılar da öz növbəsində həmin formanı müvafiq qaydada doldurduqdan sonra yuxarıdakı elektron ünvana göndərməlidirlər. 
Suvenir müsabiqəsinin qaydaları və şərtləri barəsində ətraflı məlumatı bu keçiddən əldə edə bilərsiniz: https://www.bakucitycircuit.com/az/news/1006
 
Əməliyyat şirkəti hər bir iştirakçıya uğurlar arzulayır!
 








Redaktorun seçimi