“Xatırlayın! Yaşadın! Unutmayın!” adlı sərgi açılıb

Hit: 1695
“Xatırlayın! Yaşadın! Unutmayın!” adlı sərgi açılıb
Azərbaycan İstiqlal Muzeyində Qanlı Yanvar faciəsinə həsr olunan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı tədbir-sərgi keçirilib.
 
Muzeydə Xalq rəssamı Əşrəf Heybətovun və Əməkdar incəsənət xadimi Sara Namitokova-Manafovanın incəsənət əsərləri, 50-yə yaxın 20 yanvar gecəsi sovet ordusu tərəfindən dinc, əliyalın əhaliyə qarşı törədilən vəhşilikləri, kütləvi qırğınları əks etdirən fotoşəkillər nümayiş olunub.
 
Ekspozisiyada Tahir Cəfərov, Sənan Ələsgərov, Rauf Umud, Oleq Litvin, Asim Talıbov kimi tanınmış fotoqrafların fotolarından da istifadə edilib.
 
Sərgidə tamaşaçılar İstiqlal Muzeyinin fondlarında qorunub saxlanılan 20 Yanvar şəhidlərinin 60-a yaxın şəxsi əşyaları ilə də tanış olublar.
 
Eyni zamanda, Mədəniyyət naziri Əbülfəs Qarayevin layihə rəhbəri olduğu İstiqlal Muzeyinin kolleksiyasından hazırlanan “Xatırlayın! Yaşadın! Unutmayın!” adlı albomun təqdimatı olub.
 
Tədbirdə Mədəniyyət nazirinin müavini Rafiq Bayramov, İstiqlal Muzeyinin müvəqqəti icraçı direktoru Sədi Mirseyibli, 20 Yanvar şəhidi Ağabəy Novruzovun atası Oktay Novruzov, 20 Yanvar şəhidi Azər Ələkbərovun bacısı Səda Ələkbərova, 20 Yanvar şəhidi İlham Allahverdiyevin bacısı oğlu Emil Əliyev və başqaları 20 Yanvar hadisələri haqqında danışaraq milli azadlıq və ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə qarşı silahlı təcavüz nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirildiyini və ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarını qurban verən şəhidlərimizin adının əbədi olaraq Azərbaycan tarixinə və xalqımızın yaddaşına həkk olunduğunu söyləyiblər







Redaktorun seçimi