Yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında monotamaşa hazırlanır

Hit: 1877
Yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında monotamaşa hazırlanır
Gənc yazıçı Ülviyyə Heydərovanın "Pələng" əsəri əsasında hazırlanan monotamaşanın məşqlərinə başlanılıb.
 
Open.az xəbər verir ki, istedadlı gənc yazarın monotamaşası Sumqayıt Dövlət Dram Teatrının səhnəsində oynanılacaq.
 
Monotamaşanın 2020-ci ilin fevralında təhvil veriləcəyi nəzərdə tutulub.
 
Tamaşanın quruluşçu rejissoru Ümid Abbas Nihani, ifaçısı Kamran Muradlıdır.
 
Ülviyyə Heydərova tamaşası ilə bağlı sevindirici xəbəri eşidəndə, ürəyindən keçən xoş hisslərini də bizimlə paylaşıb.
 
Müəllifin sözlərinə görə: “2018-ci ilin oktyabr ayı idi. Ustadım Ramiz Fətəliyev Dramaturgiya laboratoriyasında bütün tələbələrinə belə bir tapşırıq verdi: itin dilindən monoloq yazmaq. Hamı kimi mən də yazdım. Adını "Pələng" qoydum. Yazanda hekayə məni o qədər özünə çəkdi, cəlb elədi ki, düşündüm, əsəri elə ustadıma ithaf edim. Çünki o, belə bir tapşırıq verməsəydi, heç bu əsər də olmazdı... Dərsdə oxudum...
Və belə bir gözəl xəbər... Sumqayıt Dövlət Teatrında "Pələng" monopyesi Ümid Abbas Nihaninin quruluşunda və Kamran Muradlının ifasında fevral ayında tamaşaçıların ixtiyarına veriləcək. Qeyd edim ki, həmin teatrda iki pyesimin əmri verilib. Teatrın direktoru Mübariz müəllimə, baş rejissor Firudin müəllimə, gördüyünüz bu iki gəncə Ümidə və Kamrana, tamaşada iştirak edəcək bütün heyətə sonsuz təşəkkürümü bildirirəm!” deyə gənc yazıçı Ülviyyə Heydərova bu fikirləri oxucularına çatdırıb.
 
Xatırladaq ki, Ülviyyə Heydərova "Pələng" əsərini görkəmli kinodramaturq, ssenarist Ramiz Fətəliyevə ithaf edib.
 
Ülviyyə Həsənqızı








Redaktorun seçimi