İMADƏDDİN NƏSİMİNİ TƏXMİS

Hit: 2348
İMADƏDDİN NƏSİMİNİ TƏXMİS














Aləmi-zərratidə bir nuri-tabandır Əli,
Heydəri Kərraridir, həm şahi-Mərdandır Əli,
Cümlə üşşaqin dilində rükni-fürqandır Əli,
“Möminin qəlbində ruhi cismilə candır Əli,
Kəbətullahdır cəmalı,vəchi-yeksandır Əli”.
 
Elminə Şahi-cahanın Müstəfa vermiş xələt,
Səcdəsi Cəbrailə Allahdan olmuş məsləhət,
İbtidadən qəlbi-heyranında Allahdır,fəqət,
“Həm şəriətlə təriqət,həm həqiqət,mərifət,
Ayəti-elmül yəqin elmilə Qurandır Əli”.
 
Şəhriyar sahiblivalər zikrinə əzbər odur,
Ərşü fərşə məhvəri-aləmlərə ləngər odur,
Hər qədər olmuş Nəbilər hamına sərvər odur,
“Sahibi həm tiğ Düldül seyyidi-Qənbər odur,
Şahi-mərdan,şiri-Yəzdan,miri-meydandır Əli”.
 
Əvvəla qəsdinə durdu bixəbər Süfyani-xər,
Üstəlik bir xeyli əhli-Məkkə biimani-xər,
Heyf kim,bunla qutarmaz dəhridən nadani-xər,
“Hər ki, Şahi bilmədi məlundur Mərvani-xər,
Cənnəti ədn vüsalü huri rizvandır Əli”.
 
Ğafila,tarixdə vardır çox məziyyət bilməli,
Aç bəsirət gözlərin kim,ta dola nuri-cəli,
Xislətindən bixəbər hardan bilər kimdir Əli?
“Yer üzündə oxunur ismi Əlidir,ya Vəli,
Göydəsə oxur mələklər nuri-yəzdandır Əli”.
 
Bəzilər var ki, Əli söylər ilahin ismini,
Çün Xudayi-ləmyəzəl vermiş o mahın ismini,
Zikr edir Soltan bu adnan izzü cahın ismini,
“Ey Nəsimi,sübhi şam yad eylə Şahın ismini,
İştə məşhudi cahanda dini imandır Əli”.
 
Hacı Soltan Əlizadə








Redaktorun seçimi