“DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu - FOTOLAR

Hit: 1415
“DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu - FOTOLAR
Bakının tarixi guşəsi olan İçəri Şəhər ərazisində yerləşən “Art Tower” qalereyasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində fəaliyyət göstərən “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin və ADA Universitetinin təşəbbüsü, “Yaşıl ASAN” və “Arts Council”in təşkilati dəstəyi ilə “DrinkART: bir fincan incəsənət” sərgisi baş tutdu.
 
Sərgi təşkilatçı qurumların rəsmi nümayəndələrinin giriş nitqi ilə açıq elan edildi. Qeyd olundu ki, layihənin məqsədi ətraf mühitin plastik və digər növ tullantılardan qorunması ilə yanaşı incəsənəti təbliğ etməkdir.
 
Layihənin ilk mərhələsində “ABAD”ın İçərişəhər etno-butiki, ADA Universiteti və “Arts Council”ın ərazilərində istifadə olunmuş plastik və karton fincanların toplanması üçün “Yaşıl ASAN”ın xüsusi konteynerləri yerləşdirildi. Toplanmış tullantılar üzərində ABADçı rəssamlar, ADA Universitetinin istedadlı tələbələri və könüllü rəssamlar müxtəlif tanınmış milli və beynəlxalq rəsm əsərlərini həmçinin də öz fantaziyalarını əks etdirdilər.
 
Qeyd edək ki, xeyriyyə məqsədi ilə “ASAN Məktub" layihəsi çərçivəsində uşaqların arzularını reallaşdırmaq üçün fincanlar simvolik qiymətlərə iştirakçılar tərəfindən əldə edildi.
 
Xatırladaq ki, “DrinkART: bir fincan incəsənət” layihəsi davam edir. Üzərində rəsm çəkilmiş fincanları İçərişəhərdə yerləşən “ABAD” etno-butikində əldə edərək “ASAN Məktub” layihəsinə dəstək ola bilərsiniz.
1
1
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi