"Ölüm xəbərimə sevinənlər oldu" - MÜSAHİBƏ

Hit: 367
"Ölüm xəbərimə sevinənlər oldu" - MÜSAHİBƏ

Bu ilin iyulunun son  günlərinin birində dostlarımız Aslan Abbaszadə, Bəxtiyar Əlirzayev, Tahirə xanım, Ələkbər və mən  Musa Yaqubu yoxlamağa, ona baş çəkməyə getdik. Yenə qartal kimi İsmayıllıda öz yuvasındayadı. Elə indi də ordadır.Həm də o vaxt idi ki, Musa müəllim həm Xalq  şairi adını almışdı, həm də bəziləri dünyasını dəyişdiyini xəbərini mətbuata kimi çıxarmışdı.  Bəlkə də bu cümləni yazmazdım. Ancaq hiss edirdim ki, bizim onu görməyə getməyimiz, oturub söhbət eləməyimiz ürəyindən olmuşdu. O gün elədiyimiz söhbəti oxucularla bölüşmək istəyirəm. 

  • Sizi narahat etdiyimiz üçün üzr istəyirik. Sizi çox  sevir hər kəs. İndi şairin sevilməsi çox çətindir. Ancaq sevilirsiniz. Səhhətinizdən çoxmu narahatsısınız?
  • Pis deyiləm. Ala babatam.
  • Məncə, getdikcə daha yaxşı olacaqsınız?  Bura son zamanlar sizi görməyə çox adam gəlirmi?
  • Hə, çox adam gəlir.
  • Kimlər gəlir, kimlər gedir?
  • Vallah, Azərbaycanın bütün ziyalıları. Əksəriyyəti də cavanlardır gələnlərin.
  • Bəlkə yersizdir soruşmağım, ancaq deyə bilərsinizmi, sizi bu insanlar niyə bu qədər çox istəyirlər?
  • Vallah nə deyim. Mən də çox təəccüb edirəm.  İnanmazsınız, demək olar ki, Azərbaycanın 50 faizi bura gəlib gedib.  İllah da ki, cavanlar. Mən cavanlardan çox razıyam.  Cəllabatdan, Astaradan, nə bilim bütün rayonlardan, hər yerdən...
  • Yəni bunlar sizin oxucularınızdırmı?
  • Hə, oxucularımdır.
  • Sizcə bir şairin bu qədər oxucusu olmalıdırmı, Musa müəllim?
  • Vallah, mənim “Bu dünyanın qara daşı göyərməz” adlı bir şeirim var. O şeirə 100-dən çox şeir yazılıb. Mən də düşünürəm ki, niyə belədir? Nə bilim?
  • Sizi ziyarət edənlərin içində məhşurlardan, tanınmışlardan kimsə varmı?
  • Nə qədər tanıdığınız məhşurlar var, hamısı gəlir.  Hansılarını sayım ki.  Əlimdə deyil saymaq da. Çox gəlirlər. Yəqin şeiri sevirlər. Deyirlər gedək görək axı bu kimdir..
  • Bu qədər gəlişlər, görüşmələr sizi yormu ki?
  • Qətiyyən yormur. Keçən dəfə hardasa 18 qadın gəlmişdi.  Düzdü hərəsi bir şeir oxudu, yoruldum. Yoruldum. Qaçdım.  Belə şeylər olanda olur. Ancaq məcburən, ciddiyyətlə dinlədim.
  • Mən nə üçün soruşdum. Son zamanlar sözüz də yaxşı bilirsiniz ki, cəmiyyətdə sənətkarlara qarşı bir kin, əsəb, gərginlik vardı. Ancaq düşünürəm ki, sizlə görüşməyə bu qədər insanları çəkib aparan güc nədir?
  •  Əbülhəsənin oğlu Çingiz Ələkbərzadı gedir Rostov  - Dona. Şoloxovla görüşüşməyə. Kənddə kəndçilərdən, ya qaraulçulardan birnə deyib onu görmək istəyən var. Xəbər verin. Ona cavab veriblər ki, o böyük adamdır. Onu çağıra bilmərik. Çağırmayıblar onu. Çünki içəridəymiş. Qapı da bağlıymış.  İndi burda kimə desələr Musa müəllim, istənilən adam ərknən gəlib qapını açır. Qapım ərkinən açılıb həmişə,  hər kəsin üzünə. İndi bir az peşimanam . Yoldaşım rəhmətə gedib.  O başqa cür idi. Bütün gəlib gedənlərlə maraqlanırdı.  Hamıyı yaxşı qarşılayırdı. Hər kəsi yeməklə, içməklə yola salırdı.
  • Neçə ildi rəhmətə gedib?
  • 7-8 il olar. O, başqaydı. Qalmışam tək da. Uşaqlar var. Məni tək qoymurlar. Ancaq o başqaydı. Hərdən elə şey var ki, həyat yoldaşına demək istəyirsən. Bu mənada tək deyirəm.  Deyirlər, bəxtəvərsən, uşaqlar səni tək qoymur, gəlirlər, yoxlayırlar.  Başqaları da dediyim kimi, nə qədər adam gəlir. Fikirləşirəm, nə əcəb gəlirlər. Anlayıram ki, onları çəkib gətirən, poeziyadır,şeirdir, sənətdir. Oxuyur, ləzzət edir onlara. Deyir, gedim görüm bu adam kimdir.
  • Sizi də xalq şairi adını almağınız münasibəti ilə təbrik edirik. Təbii ki, bundan da yüksəyinə layiqsiniz . Yaradıcxcılığınza, şəxsiyyətinəzə görə deyirəm..
  • Çox sağ olun. Minnətdaram.
  • Harda eşitdiniz ad verilndə?
  • Evdəydim elə. Bu barədə çox söz söhbət olmuşdu ki, niyə ad vermirlər. Bura gələnlər də, oxucular, insanlar deyirdilər. Mən də deyirdim ki, payı verərlər, istəməzlər ki? Verərlər verərlər, verməzlər də nə deyə bilərəm ki. Veriblər,  sağ olsunlar. Hamı deyir gec oldu. Ancaq guya gec olub nə olacaq ki?
  • Çıxan xəbərlərə yəqin çox incidiniz?  Guya Musa Yaqub rəhmətə gedib..
  • Heç belə vecimə almadım. Zəng edirdilər, telfonu götürürdüm. Hansısa müxbir də, deyirdi kimdi danışan, deyirdim, Musa Yaqub. Telfonda görürdüm ki, məəttəl qalırdılar. Doğrusu bilmirdim ki, bu nə hoqqaydı.
  •  Sizcə bunu bilərəkdən ediblərmi?
  •  Doğrusu maraqlanmadım. Ancaq yaxşı eləmədilər.
  •  Burda doğulmusunuz?
  • Yox, mənim ata evim kəndin mərkəzindədir. Buranı sonradan tikdirmişəm. Pul köçürmüşəm tikdirmişəm.
  • Sizin bu vəziyyətinizlə bağlı kimlərsə, ya hansısa rəsmi dairələr və ya qurum -  quruluşlardan maraqlananlar oldumu?
  •  Əksəriyyəti olubdur. Heydər Əliyev fondu sonradan maraqlandı.  Başqa adamalr da. Mən özüm istəmirəm eee. Deyirlər dərman alaq. əə, nə dərman alacaqsan eeee. Razı olmamışam.
  • Yəni sizi hansısa xarici bir ölkəyə müalicəyə göndərsələr, bu vəziyyətdən çıxa bilərsiniz də...
  • Vallah vardı elə bir söhbət. Mərkəzi Klinkaya apardılar.  Orda yaxşı oldum. Baxdılar. Ürəyimə deyirdilər su yığılırdı. Mən də deyirəm su olmaz birdən, arağ zad olar. Zarafatla. O su da qurtarıb.
  • Yəqin sizin müalicəyə ehtiyacını var. Köməyə ehtiyacınız var. Buna da haqqınız çatır. Heç bir rəsmi dairə ciddi şəkildə kömək etməyib da?
  • Yox.. ancaq edən şəxslər olur ki, onlar da gizli edir ki, bilməsinlər. Qorxurlar nədənsə.
  • Niyə ki? Siz ki bu milləti, xalqı, dövləti sevən bir şairsiniz.
  • Pis adamlar çoxdur. İndi münasibət dəyişir deyəsən. H. Əliyev fondu mənə zəng edib. Deyirlər nə ehtiyacın var. Deyirəm yoxdur. Belə...
  • Fondun imkanları var.  Bəlkə təşəbbüs qaldıraq sizin müalicənizi xaricdə reallaşdırsınlar?
  • İstəsələr edə bilərlər. Mənə demişdilər edəcəyik.
  • Hələ də gözləyirsiniz?
  • Gözləmirəm.
  • Yox , siz gizlədirsiniz. Demək istəmirsiniz. Ancaq elə başa düşürəm ki, sizə bu gün kömək lazımdır ki, ciddi şəkildə xaricdə müalicə ala biləsiniz.
  • Əlbəttə. Elədir.

Söhbətləşdi: X.Telmanoğlu

(ardı var. Daha maraqlıdır. Izləməyi unutmayın.)

 









Redaktorun seçimi