Naxçıvanda “Azərbaycan vokalçıları” festivalı çərçivəsində konsert təşkil olunub

Hit: 511
Naxçıvanda “Azərbaycan vokalçıları” festivalı çərçivəsində konsert təşkil olunub
Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının yeni layihəsi, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə ölkəmizdə ilk dəfə keçirilən “Azərbaycan vokalçıları” festivalının Naxçıvan turu çərçivəsində konsert təşkil olunub.
 
Tədbirdə Naxçıvan Dövlət Filarmoniyasının Kamera Orkestrinin konserti olub. Orkestrin bədii rəhbəri və dirijoru Azərbaycan Respublikasının Xalq artisti Çingiz Axundovdur. Konsertdə görkəmli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Tofiq Quliyevin, Fikrət Əmirovun, Niyazinin, Müslüm Maqomayevin, Asəf Zeynallının və Rauf Hacıyevin əsərlərindən parçalar ifa olunub. Azərbaycan Respublikasının Əməkdar artistləri Tural Nəcəfovun, Gülyanaq Fərzəliyevanın, Mübariz Əsgərovun və Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Elçin Nağıyevin, həmçinin gənc ifaçılar Rahim Əsgərzadə və İlkin Abdullayevin çıxışları alqışlarla qarşılanıb.








Redaktorun seçimi