HEYDƏR ƏLİYEV VƏ KULİNARİYA MƏDƏNİYYƏTİMİZ

Hit: 589
HEYDƏR ƏLİYEV VƏ KULİNARİYA MƏDƏNİYYƏTİMİZ
Bu gün ulu öndər Heydər Əliyevin anım günüdür. Ulu öndərin bir çox sahələrdə gördüyü işlər mətbuatda geniş işıqlandırılır, lakin onun kulinariya sahəsində qoyduğu irs barəsində çox az məlumat verilir.Hələ 1994-cü ildə, yenicə hakimiyyətə gəlmiş Ulu Öndər ölkənin çox ağır durumuna baxmayaraq milli kulinariya sahəsini də diqqətdən kənarda qoymur və 1994-cü ilin iyununda ÜKTB-yə (WACS) məktub-müarciət ünvanlayır. Bu müraciəti Norveçdə keçirilən kulinariya konqresinə mən apardım. O zaman konqresdə CAR prezidentinin və Heydər Əliyevin məktubları oxundu. Heydər Əliyevin məktubu çox böyük rezonans doğurdu və biz jurnalistlərlə ayrıca bir görüş keçirməli olduq. Bu Azərbaycanın tanınmasında və Azərbaycana inanılmasında çox böyük rol oynadı. Həmin məktubu diqqətinizə çatdırırıq.
 
Böyük Heydər Əliyev bu məktubdan sonra da milli mətbəxi böyük diqqət altında saxladı. 1997-ci ildə Heydər Əliyevin tapşırığı və imzası ilə artıq 7 yaşı olan Azərbaycan Milli Kulinariya Mərkəzinə (AMKM) dövlət büdcəsindən ayrıca sətirlə maliyyə ayrılmağa başladı, AMKM Hökümət evində ofislə təmin edildi. Bu Ulu Öndərin bizim sahəmizə və görülən işlərə verdiyi qiymət idi və onun bizə inamını əks etdirirdi. 1998-ci ildə gənclər siyasəti proqramı çərçivəsində Heydər Əliyev Azərbaycanda gənc və peşəkar kulinarların daimi olimpiadaların keçirilməsi tapşırığını verir.
2000-ci ildə isə XXI əsrin və III minilliyin qarşılanması münasibəti ilə tədbirlər planının çərçivəsində Heydər Əliyev çox böyük və vacib tapşırıq verir.
Bu sənəddə ilk dəfə Heydər Əliyev Azərbaycan mətbəxinin Azərbaycan xalqının tarixi milli irsi kimi qorunması barədə ifadə işlədib ki, o ifadə sonralar Azərbaycanın Mədəniyyət qanununun 37-ci maddəsində öz təsbitini tapır. Onun digər tapşırığı xarici ölkələrin böyük şəhərlərində dövlət və özəl sektorun vasitəsilə Azərbaycan restoranlar şəbəkəsinin yaradılması bu gün də öz əhəmiyyətini saxlayır və ölkəyə valyuta cəlb edilməsinin, Azərbaycan ərzaqlarının idxalının artırılmasının, yeni iş yerlərinin açılmasının əsas istiqamətindən ola bilər. Region mətbəxlərinin də üzə çıxarılması ilə bağlı verdiyi tapşırıq da bizim kitablarımızda, tədqiqatlarımızda və keçirdiyimiz festivallarda öz əksini tapır.
Bugün Heydər Əliyevinbizim üçün qoyduğu irs, söylədiyi hər bir söz, verdiyi hər bir tapşırıq və imzaladığı hər bir sənəd Milli Mətbəx Mədəniyyətimizin inkişafı üçün böyük bir proqramdır.
Biz sevinirik ki, bu gün Azərbaycan dövləti öz siyasətində Heydər Əliyev kulinariya irsini daha da irəli aparır. Azərbaycan Respublikasınn Prezidenti İlham Əliyev cənablarının və Azərbaycan Respublikasının Birinci Vitse Prezdenti, Heydər Əliyev fondunun sədri, ölkənin I xanımı UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın Milli Kulinariyaya olan xüsusi diqqəti bunu söyləməyə imkan verir.
 
Tahir Amiraslanov








Redaktorun seçimi