"The Voice of Unity" musiqi klubu yaradılıb

Hit: 923
"The Voice of Unity" musiqi klubu yaradılıb
Bakı Dövlət Universiteti Tələbə Gənclər Təşkilatı  Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən The Voice of Unity- Musiqi klubu  2 oktyabr 2019-cu il tarixində Nəzərli Aysunun təşəbbüsü və sədrliyi  ilə yaradıldı. Klub musiqi həvəsi və bacarığı olan gəncləri bir araya toplamaq, musiqi istedadı olan tələbələri üzə çıxarmaq, musiqi zövqünü  formalaşdırmaq və innovativ musiqi tədbirləri təşkil ütmək üçün nəzərdə tutulub.
 
Artıq aktiv fəaliyyət göstərərək tələbə və müəlimlərin marağını cəlb etmiş  The Voice of Unity- musiqi klubu Bakı Dövlət Universiteti TGT nəzdində yaradılmış ilk musiqi qrupudur. Klub yaradıldıqdan sonra universitet daxilində digər təşkilatların tərkibində də bu qrupdan bəhrələnib ilhamlanaraq qruplar yaradıldı. Hal- hazırda Klubda hər kursdan və hər fakültədən tələbələr fəaliyyət göstərir. Kiçik bir komanda ilə işə başlayan qrupun ilk təqdimat tədbiri 15 oktyabrda keçirildi.
 
BDU  musiqi klubunun növbəti  "Vətənpərvər gənclər" adlı tədbiri isə 9 dekabr tarixində baş tutdu.  Vətən sevər gənclər tədbirə himnimiz ilə başlayıb Əsgər marşı ilə yekunlaşdırdılar. Tədbirdə klub üzvləri Nəcəf, İsa, Kübra, Nərmin, Səbuhi, Ülkər, Fərid, Zinət, Elvin, Nərgiz, Aytac, Emin, Lamiyə , Nurcahan, Şirin, Şəbnəm maraqlı çıxışları ilə yadda qaldı. Tədbir zamanı tələbələr Vətənpərvər ruhda ifa etdikləri gözəl musiqi nömrələri ilə tamaşaçıları heyran etdilər.
 
Klub musiqi həvəsi və bacarığı olan gəncləri bir araya toplamaqla müasir  musiqi,xalq musiqisi, və müxtəlif janrlara müraciət edərək musiqi dünyagörüşünü artırmasına və tələbələrin istedadlarını üzə çıxarmaqla həm də onların zövqünü oxşamağa xidmət  edir. Komanda üzvləri dərslərinin ağırlığına, çətinliyinə baxmayaraq, klubun bütün işlərində bir mehriban ailə üzvü kimi fəal olaraq iştirak edirlər. Onlar yeni işlər, uğurlar və layihələrə doğru uğurla addımlayırlar.
 
Aysu Nəzərli
 








Redaktorun seçimi