"İki cahan" adlı təqdimat - FOTOLAR

Hit: 1332
"İki cahan" adlı təqdimat - FOTOLAR
Bakı Kitab Mərkəzində Azercell-in yeni «Audiobook» (“Audio Kitab”) layihəsi çərçivəsində İmadəddin Nəsiminin qəzəl və rübailərinin audio kitab formatında səsləndirilməsinə həsr olunmuş “İki cahan” adlı tədbir keçirilib.
 
Yeni audio-toplunun ərsəyə gəlməsi münasibətilə keçirilmiş tədbirdə xalq yazıçı Anar, əməkdar artist Sevda Ələkbərzadə, Türkiyənin ölkəmizdəki səfiri Erkan Özoral, Hollandiyanın səfiri Onno Kervers, Moldovanın səfiri George Leuka, ədəbiyyat və mədəniyyət xadimləri iştirak etdilər.
 
"Azercell Telekom" MMC-nin prezidenti Vahid Mürsəliyev çıxış edərək şirkətin hər zaman ölkənin mədəni, sosial həyatında yaxından iştirak etdiyini bildirdi. Tədbirdə Nəsiminin qəzəlləri müxtəlif dillərdə səslənib, dahi mütəfəkkirin yaradıcılığına həsr olunmuş "İki cahan" videosu nümayiş olunub. Əməkdar artist Sevda Ələkbərzadənin ifasında xalq mahnıları, dahi şairlərin sözlərinə yazılmış mahnılar səsləndi. Gənc qiraətçi Xəzər Süleymanlı Nəsiminin qəzəllərini səsləndirdi. Tədbirdə, həmçinin, “Rebus” teatrının hazırladığı "Sığmazam" adlı pantomimanın nümayişi oldu.
1
1
1
1
1
1
1
1








Redaktorun seçimi